Nazir müavini: “Saxta dərmanlar daha çox Hindistandan gətirilir”
Azərbaycan saxta dərmanlarla mübarizə üzrə beynəlxalq konvensiyaya qoşulmağa hazırlaşır. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında səhiyyə nazirinin müavini Elsevər Ağayev bildirib.
Nazir müavinin sözlərinə görə, saxta dərmanlarla bağlı problem həmişə olub və davam edir. Artıq bu məsələ Ümumdünya Səhiyyə Təşkilatını narahat etməyə başlayıb: «Saxta dərmanlar dünyanın problemidir. Sadəcə ölkələrdən asılı olaraq saxta dərmanların faizi dəyişir. Azərbaycanda son illərdə qanunvericiliyə edilmiş düzəlişlər nəticəsində ölkəyə saxta dərmanların gətirilməsi minimuma enib. Qeydiyyatı olmayan dərmanlar Azərbaycan bazarına yol tapa bilmir. Buna yol verənlər barəsində Cinayət Məcəlləsində həbs cəzası nəzərdə tutulur».
E. Ağayev qeyd edib ki, işbazlar Azərbaycana daha çox Hindistandan saxta dərmanlar gətirməyə cəhd göstərirlər: «Avropanın ən məşhur firmalarının dərmanlarının saxtalaşdırılmış formalarının gətirilməsi istəyi də ola bilər. Amma Azərbaycana gətirilən dərmanların hər bir seriyası yoxlanıldıqdan sonra bazara çıxarılır».

Oxşar yazılar

Gözlənilməz çətinliklərlə üzləşəcək BÜRCLƏR: Siyahıda kimlər var?
16 iyul 2025 , 00:02
Sabah çimərliklərdə görünməmiş isti olacaq - PROQNOZ
15 iyul 2025 , 19:46Pul çay kimi axacaq: Bu həftə gözlənilməz qazanc əldə edəcək BÜRCLƏR
15 iyul 2025 , 18:40
Bakının bu rayonu sabahdan susuz qalacaq
15 iyul 2025 , 17:07
Hazırda bu rayonlara yağış yağır - Faktiki HAVA
15 iyul 2025 , 17:00
Bu rayonda 21 kəndin qazı kəsiləcək
15 iyul 2025 , 15:59
Bakıda yaşayanlara sabahın havası ilə bağlı CİDDİ XƏBRDARLIQ
15 iyul 2025 , 15:20