Sürücülük vəsiqəsinin dəyişməsinə görə rüsum verəcəyik
29 sentyabr 2012 10:07 (UTC +04:00)

Sürücülük vəsiqəsinin dəyişməsinə görə rüsum verəcəyik

Azərbaycanda sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün rüsum tətbiq olunacaq.

APA-nın xəbərinə görə, Milli Məclis bununla bağlı “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edəcək. Bu xidmət üçün 15 manat məbləğində rüsum müəyyənləşdirilib.

İndiyədək Azərbaycanda yalnız sürücülük vəsiqəsinin verilməsi üçün 15 manat rüsum alınırdı. Qanuna dəyişiklik qüvvəyə mindikdən sonra sürücülük vəsiqələri dəyişdirilərkən də eyni miqdarda vəsait tələb olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4238

Oxşar yazılar