Rüşvətxorluqda təqsirləndirilən hərbçinin şikayəti təmin olunmayıb
29 sentyabr 2012 05:28 (UTC +04:00)

Rüşvətxorluqda təqsirləndirilən hərbçinin şikayəti təmin olunmayıb

APA-nın xəbərinə görə, prosesdə məhkəmənin qərarı elan olunub. Qərara əsasən, apellyasiya şikayəti təmin olunmayıb.

Qeyd edək ki, Respublika Hərbi Prokurorluğunun Bakının Xətai Rayon Hərbi Komissarlığında apardığı yoxlamalar zamanı komissarlıqda ciddi korrupsiya faktları aşkarlanıb. Aşkarlanmış korrupsiya faktları ilə bağlı Xətai rayon hərbi komissarının müavini olmuş, bir neçə ay əvvəl təqaüdə göndərilən Davud Hüseynov saxlanılıb. Cinayət Məcəlləsinin 311.3.2 (rüşvət alma) və 341.1 (hakimiyyətdən sui-istifadə etmə) maddələri üzrə ittiham olunan D. Hüseynov Bakı Hərbi Məhkəməsinin hökmü ilə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1063

Oxşar yazılar