Dövlət Komitəsi dini icmaları radikalizmin qarşısının alınmasına cəlb edir
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, İslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzi ilə birlikdə respublikanın Şimal-Qərb bölgəsində fəaliyyət göstərən dini icma sədrləri, din xadimləri (imam və axundlar), ilahiyyatçılar və ictimaiyyət fəalları üçün 1-2 oktyabr tarixlərində Oğuz şəhərində “Dövlət-din münasibətləri və maarifləndirmə işi” mövzusunda seminar-treninq keçirəcək.
Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, seminar-treninqin keçirilməsinə məqsəd dövlət-din münasibətlərinin daha effektiv səviyyədə tənzimlənməsi, dini maarfiləndirmə işinin təşkili və aparılması, eləcə də dini icmaların radikalizm meyllərinin qarşısının alınması və sosial problemlərin həlli prosesinə cəlb olunmasıdır.
Seminar-treninqin açılış mərasimində Dövlət Komitəsinin sədri Elşad İskəndərov, Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə, rəsmi şəxslər, ictimaiyyətin, elmi dairələrin nümayəndələri iştirak edəcəklər. Tədbirdə respublikanın 7 şəhər və rayonundan ümumilikdə 100-dən artıq nümayəndənin iştirakı və tədbir çərçivəsində müxtəlif mədəni proqramların təşkili nəzərdə tutulub.

689