Şahdağ yay-qış turizm kompleksi dekabrda turistləri qəbul edəcək
Lent.az-ın məlumatına görə, bunu “2012-ümumdünya turizm günü”nə həsr olunmuş tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin investisiya və texniki proqramlar şöbəsinin müdiri Ruslan Abduləlimov bildirib.
Şöbə müdiri qeyd edib ki, dünya standartlarına cavab verən 2 min hektar sahəsi olan kompleksdə son hazırlıq işləri gedir: “Burada 3, 4, 5 ulduzlu otellər, 15 katec olacaq. Kompleks bir günə 5 min nəfəri oteldə gecələmək şərti ilə 10 min turisti qəbul edəcək”.
R. Abduləlimovun sözlərinə görə, oteldə 5 min nəfər işçi çalışacaq. “Oteldə dağ xizəkçiliyi, tennis, basketbol, futbol, meydançaları, ticarət obyektləri, restoranlar, yerüstü dayanacaqlar tikilir. Eyni zamanda, internetlə təmin ediləcək, kanat yolu salınacaq” - deyə, şöbə müdiri əlavə edib.
Jalə

2041