Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada görüş olub - FOTO
Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın dəvəti ilə Çin Xalq Respublikasının İnsan resursları və sosial müdafiə nazirinin müavini Yan Şitzunun rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 26-da ölkəmizə səfərə gəlib. Komissiyadan Lent.az-a verilən məlumata görə, çinli qonaqların ölkəmizə səfərinin məqsədi Azərbaycan dövlət qulluğu sistemi və Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın fəaliyyəti ilə yaxından tanış olmaq, habelə dövlət qulluğuna qəbul sahəsində Azərbaycan təcrübəsini öyrənməkdən ibarətdir. Sonra Çin Xalq Respublikasının Çin Xalq Respublikasının İnsan resursları və sosial müdafiə nazirinin müavini ilə Komissiya sədrinin görüşü olub. Bəhram Xəlilov, Komissiya sədrinin rəhbərlik etdiyi nümayəndə heyətinin Çinə səfərinin və Çinli dövlət qulluqçularının Azərbaycana səfərinin bu əlaqələrin daha da dərinləşməsinə xidmət edəcəyinə əmin olduğunu vurğulayıb. Təcrübə mübadiləsi məqsədi ilə təşkil edilən qarşılıqlı səfərlərin əhəmiyyətini bildirən sədr dövlət qulluğuna müsabiqə vasitəsilə qəbulun ilk dəfə məhz Çində həyata keçirildiyini qeyd edib.
Yan Şitzu Çin Xalq Respublikasının İnsan Resursları və Sosial Müdafiə Nazirliyinin nümayəndə heyətinin Azərbaycana dəvət edilməsinə və onlara göstərilən qayğı və diqqətə görə minnətdarlığını bildirib. Görüşdən sonra qonaqlar üçün Komissiyanın əməkdaşları tərəfindən “Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın fəaliyyəti” və “Azərbaycanda dövlət idarəçiliyi və dövlət qulluğu sisteminin anlayışı” mövzularında təqdimatla çıxışları olub.
Qeyd edək ki, nümayəndə heyəti Dövlət İdarəçilik Akademiyasında da olublar. Çin nümayəndə heyətinin səfəri bu gün başa çatır.

Oxşar yazılar

Gözlənilməz çətinliklərlə üzləşəcək BÜRCLƏR: Siyahıda kimlər var?
16 iyul 2025 , 00:02
Sabah çimərliklərdə görünməmiş isti olacaq - PROQNOZ
15 iyul 2025 , 19:46Pul çay kimi axacaq: Bu həftə gözlənilməz qazanc əldə edəcək BÜRCLƏR
15 iyul 2025 , 18:40
Bakının bu rayonu sabahdan susuz qalacaq
15 iyul 2025 , 17:07
Hazırda bu rayonlara yağış yağır - Faktiki HAVA
15 iyul 2025 , 17:00
Bu rayonda 21 kəndin qazı kəsiləcək
15 iyul 2025 , 15:59
Bakıda yaşayanlara sabahın havası ilə bağlı CİDDİ XƏBRDARLIQ
15 iyul 2025 , 15:20