Bakıda 3 beynəlxalq səhiyyə sərgisi keçirilir - FOTO
Bakıda 18-ci beynəlxalq səhiyyə sərgisinin açılışı olub. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, nazirliyin dəstəyi ilə keçirilən sərginin açılış mərasimində iştirak edən səhiyyə nazirinin müavini Elsevər Ağayev sərginin əhəmiyyətindən söz açıb: “Son illər ərzində ölkədə tikilən, yaxud da əsaslı təmirdən sonra istifadəyə verilən tibb müəssisələrinin sayı əhəmiyyətli dərəcədə artıb. Bununla yanaşı bu cür sərginin də ölkəmizdə keçirilməsi çox əhəmiyyətlidir”.
Sərgidə iki gün ərzində dünyanın 16 ölkəsindən 107 şirkətin tibbi avadanlıq və məhsulların nümayiş etdiriləcəyi bildirilib.
Qeyd edək ki, “BİHE-2012” sərgisi ilə eyni vaxtda daha iki tədbir - 7-ci Azərbaycan beynəlxalq stomatologiya sərgisi və 6-cı Azərbaycan beynəlxalq gözəllik və estetik tibb sərgisi də keçirilir.

767