Cəlilabadda mal-qara oğursu tutulub
Bu barədə APA-nın Cənub bürosuna Cəlilabad Rayon Polis Şöbəsindən (RPŞ) məlumat verilib. Məlumata görə, Cəlilabad şəhər sakini Aqil İsgəndər oğlu Həsənov ona məxsus 5 baş xırda buynuzlu heyvanın oğurlanması barədə polisə ərizə ilə müraciət edib.
Vətəndaşın ərizəsinə müvafiq olaraq həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Sərhədabad kənd sakini Mahir Eldar oğlu Aslanov şübhəli şəxs qismində saxlanılaraq istintaq orqanlarına təhvil verilib. İlkin dindirmə zamanı verdiyi ifadəsində M.Aslanov A.Həsənova məxsus 5 baş xırda buynuzlu heyvanın oğurladığını boynuna alıb.
Faktla bağlı Cəlilabad RPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.

710