“Yaşıl Azərbaycan naminə” Oğuzda
Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, Oğuz şəhərindəki 1 və 2 nömrəli tam orta məktəblərdə V-VIII sinif şagirdləri üçün təşkil olunan ekoloji maarifləndirmə seminarlarında ümumilikdə 140 şagird və 10 müəllim iştirak edib.
Təlimləri respublikanın ali təhsil müəssisələrinin III-IV kurs tələbələrindən seçilmiş “yaşıl təlimçilər” aparıb. Dinləyicilərə ekoloji problemlər, ekoloji mühitin qorunmasının vacibliyi, flora və faunanın mühafizəsi, təbiətə dost münasibət hisslərinin aşılanması və digər mövzularla bağlı geniş məlumat verilmib.
Tədbirin yekununda təlimçilər və şagirdlər şəhərdəki 1 nömrəli orta məktəbdə yaşıllıq zolağının salınmasında iştirak edib
Layihə çərçivəsində növbəti ekoloji maarifləndirmə tədbiri Şəki şəhərində keçiriləcək.

992