Azərbaycanda ingilis dilində çıxan qəzetin 15 yaşı tamam olub - FOTO
Mətbuat Şurasından Lent.az-a verilən məlumata görə, tədbirə ölkəmizin aparıcı media vasitələri rəhbərləri, Azərbaycandakı diplomatik missiya və nümayəndəliklərin təmsilçiləri, ekspertlər və ictimai xadimlər qatılıb.
Tədbiri giriş sözü ilə açan Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib ki, Azərbaycan müstəqilliyini əldə etməzdən öncə və sonra çoxsaylı beynəlxalq təpkilərlə üzləşib: “Həmin dövrdə ölkəmizlə bağlı informasiya blokadası yaranmışdı. Həqiqətlərimiz dünya ictimaiyyətinə müxtəlif qrup və mənafelərin prizmasından çatdırılırdı. “Azernews” qəzeti məhz belə bir məqamda doğruları çatdırmaq üçün meydana atıldı. Nəşrin qurucusu, hamımızın yaxından tanıdığı, görkəmli jurnalist, publisist, yazıçı Fazil Abbasovun fədakar əməyini qeyd etməyi vacib sayıram. O, ötən 15 ildə qəzeti hər cür çətinliklərdən çıxardı, ayaqda saxladı. “Azernews” qəzetin təkcə Azərbaycanda deyil, ölkəmizin hüdudlarından çox-çox uzaqlarda da böyük populyarlıq qazanıb”.
Əflatun Amaşov “Azernews”-i Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasındakı xidmətlərinə görə Mətbuat Şurasının diplomu ilə təltif edib.
“Azernews” qəzetinin qurucusu Fazil Abbasov çıxışında nəşrin yaranma zərurətindən danışıb: “Həmin illər çox təlatümlü bir mərhələni təşkil edirdi. Azərbaycana kənardan təsir cəhdləri özünü aşkar göstərirdi. Bu təsirlər həm də ideoloji müstəvidə idi. Ölkəmizə xaricdən gələn təşkilatlar, qurumlar özləri ilə müəyyən mənada missioner funksiyası daşıyan media orqanlarını da gətirirdilər. Burada da onlar üçün işləyənlər az deyildi. Belə bir məqamda tam obyektiv sözə ehtiyac var idi. “Azernews”, eləcə də ana dilində çıxan “Azərxəbər” qəzeti ötən 15 ildə bu işi həyata keçirməyə çalışdı, dünya ictimaiyyətini Azərbaycanla əlaqədar dürüst, qərəzsiz informasiyalarla təmin etdi”.
“Azernews” qəzetinin baş redaktoru Sevinc Mikayılova nəşrin hazırkı fəaliyyət dairəsi və yayım xüsusiyyətləri barədə məlumat verib. Onun sözlərinə görə, mətbu orqanının ölkə daxildəki əsas oxucu auditoriyası Azərbaycandakı səfirliklərin, beynəlxalq qurumların ölkəmizdəki nümayəndəliklərinin təmsilçilərindən ibarətdir. Sevinc Mikayılova nəşrin başlıca hədəfinin beynəlxalq aləmdə daha çox tanınmaqdan ibarət olduğunu söyləyib. Mövcud istiqamətdəki fəaliyyəti intensivləşdirmək üçün qəzetə əlavə peşəkar kadr potensialının cəmləşdiyini diqqətə çatdıran baş redaktor bildirib ki, “Azernews” ölkəmizdə iPad applicationa malik yeganə xarici dildə çıxan qəzetdir. O, qəzetin Beynəlxalq Qəzetlər Assosiasiyasına üzv qəbul edildiyi barədə də məlumat verib.
Türkiyənin Azərbaycandakı səfirliyinin ikinci katibi Əhmət Doğan və Koreya Respublikasının Azərbaycandakı səfirliyinin müşaviri Kim Conq-ho çıxışlarında ölkə üçün xaricdəki təbliğatın son dərəcədə önəmli məqam olduğuna diqqət çəkib, u missiyanın 15 il ərzində fasiləsiz olaraq reallaşdırılmasını böyük fədakarlıq nümunəsi kimi dəyərləndiriblər. İctimai Yayım Şurasının sədri Cahangir Məmmədli Azərbaycanın kütləvi informasiya vasitələrinin beynəlxalq media qurumları ilə qarşılıqlı iş mühitinin təməlinin məhz “Azernews” qəzeti ilə qoyulduğunu vurğulayıb. Mətbuat Şurasının İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə 15 il ərzində “Azernews”-un keçdiyi uğurlu yolu misilsiz nümunə kimi dəyərləndirib.

1263