Hindistan Azərbaycanla tələbə mübadiləsi aparmaq istəyir
Sentyabrın 26-da təhsil naziri Misir Mərdanov Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vinod Kumar ilə görüşüb. Lent.az-ın Təhsil Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Misir Mərdanov Azərbaycanla Hindistan arasında elm və təhsil sahəsində əməkdaşlığın inkişafı, əlaqələrin genişləndirilməsi perspektivlərindən söhbət açıb.
Ölkələrimiz arasında mövcud olan dostluq ənənələrinə toxunan təhsil naziri elm və təhsil sahəsində ikitərəfli əlaqələrin inkişafı üçün mövcud potensialdan səmərəli istifadə olunmasını zəruri sayıb. Azərbaycanda hələ sovetlər dövründən Hindistana böyük ictimai marağın olduğunu söyləyən Misir Mərdanov birgə elmi konfrans və simpoziumların təşkilinin mümkünlüyü məsələsinə diqqət çəkib.
Vinod Kumar iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığın genişlənəcəyinə əminliyini bildirib. Ölkəsinin ali təhsil ocaqları, elmi-tədqiqat müəssisələri haqqında ətraflı məlumat verən Vinod Kumar birgə elmi konfrans və simpoziumların keçirilməsi təklifini dəstəkləməyə hazır olduqlarını qeyd edib. O, Hindistanın nüfuzlu ali təhsil müəssisələrinin məzunlarının hazırda dünyanın tanınmış şirkətlərində çalışdıqlarını nəzərə çatdırıb və Azərbaycanla tələbə mübadiləsinin aparılmasında da maraqlı olduqlarını vurğulayıb.
Görüşdə iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığın gələcək inkişaf istiqamətləri, kadr hazırlığı və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

626