Şura Milli Fəaliyyət Planlarının ictimai müzakirəsini keçirib - FOTO
Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyət istiqamətləri, Açıq Hökumətin təşviqi və Korrupsiyaya qarşı mübarizəyə dair Milli Fəaliyyət Planlarının ictimai müzakirələrini keçirib. Şuradan Lent.az-a verilən məlumata görə, şuranın sədri Azay Quliyev bildirib ki, korrupsiyaya qarşı mübarizənin effektivliyinin artırılmasında Açıq Hökumət modelinin uğurla həyata keçirilməsi və hökumətin fəaliyyətində şəffaflığın artırılması amilləri mühüm rol oynayıb.
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov Dövlət Agentliyinin fəaliyyət istiqamətləri, eləcə də bununla əlaqədar olaraq bütün ölkədə yaradılacaq Asan Xidmət Mərkəzlərinin işi barədə təqdimatla çıxış edib. İ. Kərimov rəhbərlik etdiyi yeni qurumun ictimai qurumlarla, o cümlədən QHT-lərlə əməkdaşlıqda vətəndaşlara xidmət sahəsində uğur qazanacağına inandığını bildirib.
Açıq Hökumətin təşviqinə və Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illərin Milli Fəaliyyət Planlarından irəli gələn vəzifələr və vətəndaş cəmiyyətinin bu proseslərdə iştirakı ilə bağlı Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının nümayəndəsi Vüsal Hüseynov təqdimat edib. V. Hüseynov korrupsiya ilə effektiv mübarizə üçün ölkə qanunvericiliyinin təkmilləşdirildiyini və konkret fəaliyyətdə bir sıra uğurlu nəticələrin əldə edildiyini qeyd edib.
Təqdimat mövzuları ilə bağlı keçən müzakirələrdə QHT rəhbərləri Məhərrəm Zülfüqarlı, Mehriban Zeynalova, Füzuli Rzaquliyev, Bəxtimşah Tağıyeva, Çingiz Gülalıyev, Muğam Əliyev, Rufiz Qonaqov, Sahib Məmmədov, Rauf Zeyni və digər şəxslər çıxış edərək vətəndaşlara xidməti yaxşılaşdırmaq üçün hökumətin atdığı addımlara dəstək verəcəklərini və yeni qurumla sıx əməkdaşlıq edəcəklərini bildiriblər.

Oxşar yazılar

Sabah yağış yağacaq, dolu düşəcək
26 iyul 2025 , 12:22
Hazırda bəzi rayonlara leysan yağır - FAKTİKİ HAVA
26 iyul 2025 , 10:39
Ulduzlar sizin tərəfinizdədir: İyulun axırı 3 BÜRCƏ inanılmaz şans gətirəcək
26 iyul 2025 , 09:09
Əlinizə baxaraq keçəlləşməyə meyilli olub-olmadığınızı anlayın
25 iyul 2025 , 18:33
Bakıda bu yollar sabahdan TAM BAĞLANIR
25 iyul 2025 , 16:53
Sabah çimərliklərdə suyun temperaturu 28-dərəcəyə çatacaq
25 iyul 2025 , 15:14
700 bal toplayan Şəki məktəblisi: "İndiyədək telefonum olmayıb"
25 iyul 2025 , 14:02