Səməd Seyidov: “Bu il ADU-ya tələbə qəbulu artırılıb...”
26 sentyabr 2012 18:04 (UTC +04:00)

Səməd Seyidov: “Bu il ADU-ya tələbə qəbulu artırılıb...”

Bu gün Azərbaycan Dillər Universitetinin (ADU) rektoru Səməd Seyidov İndoneziya Respublikasının Xarici İşlər Nazirliyinin Təhsil və treninq Mərkəzinin rəhbəri Hazairin Pohanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. ADU-nun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Səməd Seyidov ADU-da yeni dərs ilinin başladığını, bu il ADU-ya qəbulun artırıldığını söyləyib.

Səməd Seyidov ADU-da jurnalistika ixtisasının və Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsində çinşünaslıq ixtisasının açıldığını nəzərə çatdırıb. O, tələbələr və müəllimlərin İndoneziya dili və mədəniyyətinə də böyük maraq göstərdiklərini qeyd edib. İndoneziyada nəşr olunan qəzetlərdə ADU tələbələri haqda yazının dərc olunduğunu xatırladan Səməd Seyidov bunun indoneziyaşünaslıq ixtisasında təhsil alan tələbələrin yüksək səviyyədə dil biliklərinə yiyələnmələrinin nəticəsi olduğunu bildirib. Onun sözlərinə görə, ADU-da təhsil alaraq İndoneziya mədəniyyətinin spesifik xüsusiyyətlərini öyrənən tələbələr gələcəkdə bu sahədə uğur qazanırlar. Səməd Seyidov ölkələrimiz arasında mədəni əlaqələrin əməkdaşlığın genişləndirilməsini vacib sayıb.


Hazairin Pohanı ADU-da İndoneziya dilinin tədrisi və Mərkəzin fəaliyyətindən məmnunluğunu bildirib, mərkəzin iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsində böyük rol oynadığını söyləyib. Görüşdə ADU ilə İndoneziya arasında əməkdaşlığın genişləndirilməsi, tələbə - müəllim mübadiləsi, əməkdaşlığın gələcək inkişaf perspektivləri müzakirə olunub.

Görüşdə İndoneziyanın Azərbaycandakı səfiri Prayono Atiyantono və İndoneziya Xarici İşlər Nazirliyinin Təhsil və treninq Mərkəzinin nümayəndələri iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1222

Oxşar yazılar