Bakıda tikililərin zəlzələyə davamlılığı ilə bağlı beynəlxalq konfransa hazırlıq görülür
Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) Elmi Texniki Şuranın iclası keçirilib. AMEA RSXM-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, AMEA RSXM-in baş direktoru, geologiya-minerologiya elmlər doktoru Qurban Yetirmişli əvvəlcə Şura üzvlərini gündəlikdə olan məsələlərlə tanış edib.
İclasda RSXM-in əməkdaşı R. Kərimova mərkəzdə yeni proqram və texnologiyalar barədə məlumat verib. İclasda 7-12 oktyabr tarixində Bakıda AMEA Geologiya İnstitutu və Respublika Seysmoloji Xidmət Mərkəzinin birgə təşkilatçılığı Azərbaycanda seysmik xidmətin yaranmasının 110 illiyinə həsr olunmuş “Seysmiklik, zəlzələlərin proqnozu, tikililərin zəlzələyə davamlılığı” mövzusunda V Beynəlxalq Konfransa hazırlıq işləri ilə bağlı müzakirələr aparılıb.
Qeyd edək ki, Azərbaycanda seysmik xidmətin yaranmasının 110 illiyinə həsr olunmuş “Seysmiklik, zəlzələlərin proqnozu, tikililərin zəlzələyə davamlılığı” mövzusunda V Beynəlxalq konfransda dünyanın 20 ölkəsindən 50-dək seysmoloq alim və elm xadimlərinin iştirakı gözlənilir. Konfransın açılış mərasimində Azərbaycanın hökumət rəsmiləri, ali məktəb rektorları və elm xadimləri iştirak edəcəklər. Dörd gün davam edəcək konfransın təntənəli açılış mərasimi oktyabrın 8-də AMEA-nən əsas binasında keçiriləcək.

669