Xaricdə təhsil almağa göndərilən tələbələrin sayı artırılacaq
26 sentyabr 2012 12:11 (UTC +04:00)

Xaricdə təhsil almağa göndərilən tələbələrin sayı artırılacaq

“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində bu il 500 nəfərdən artıq azərbaycanlı tələbə xaricdə təhsil almağa göndəriləcək. Lent.az-ın yap.org.az saytına istinadən verdiyi məlumata görə, bu barədə təhsil nazirinin müavini Qulu Novruzov məlumat verib.

Q. Novruzov bildirib ki, növbəti ildə dövlət xətti ilə daha çox tələbənin xaricə təhsil almağa göndərilməsi planlaşdırılır. Onun sözlərinə görə, bu il xaricdə təhsil alan tələbələrin sayı xeyli artıb. Nazir müavini qeyd edib ki, ötən il xaricə göndərilən tələbələrin sayı 421, ondan əvvəlki il isə 300-dən artıq olub. Bu il onların sayı 500-dən artıq olsa da, növbəti ildə bu göstərici daha da artırılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 940

Oxşar yazılar