Bakının 4 rayonu susuz qalacaq
26 sentyabr 2012 10:52 (UTC +04:00)

Bakının 4 rayonu susuz qalacaq


İstehlakçıların içməli su təchizatının daha da yaxşılaşdırılması məqsədi ilə “+ 69 Şərq” su anbarında əsaslı yenidənqurma və genişləndirmə işləri aparılır.

“Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, bununla əlaqədar sentyabrın 26-27-də paytaxtın Xətai, Nizami, Sabunçu və Suraxanı rayonlarının bəzi yerlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1394

Oxşar yazılar