Lent.az-ın verdiyi məlumata görə, bura “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə göstərilən illik tibbi yardımın (o cümlədən zəruri olan müayinələrin) həcmi, inyeksiya vasitələrinin və digər dərman preparatlarının siyahısı və miqdarı”, “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin inyeksiya vasitələri və digər dərman preparatları ilə təminat Qaydası”, “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin sanatoriya-kurort müalicəsi ilə təmin edilməsi Qaydası” və “Dağınıq skleroz xəstəliyinin müalicəsində istifadə olunan yüksək effektli inyeksiya vasitələrinin və digər dərman preparatlarının Siyahısı” daxildir.
Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə göstərilən illik tibbi yardımın (o cümlədən zəruri olan müayinələrin) həcmi, inyeksiya vasitələrinin və digər dərman preparatlarının siyahısı və miqdarı aşağıdakı kimidir:
Sıra №-si | İllik tibbi yardım | Remittəedici forma | Proqressivləşən forma |
| |||
1 | 2 | 3 | 4 |
| |||
| 1. Konsultasiyalar |
| |||||
1.1. | Nevropatoloq | ildə 2 dəfə | ildə 4 dəfə |
| |||
1.2. | Okulist | ildə 2 dəfə | ildə 4 dəfə |
| |||
1.3. | Terapevt | ildə 2 dəfə | ildə 4 dəfə |
| |||
| 2. Laborator və instrumental müayinələr |
| |||||
2.1. | Qanın ümumi müayinəsi | ildə 2 dəfə | ildə 2 dəfə |
| |||
2.2. | Sidiyin ümumi müayinəsi | ildə 2 dəfə | ildə 2 dəfə |
| |||
2.3. | Qanda qaraciyər sınaq-larının təyini | ildə 2 dəfə | ildə 2 dəfə |
| |||
2.4. | Qanda böyrək sınaqlarının təyini | ildə 2 dəfə | ildə 2 dəfə |
| |||
2.5. | Baş və ya onurğa beyninin MRT müayinəsi | ildə 2 dəfə | ildə 2 dəfə |
| |||
2.6. | Baş-beyin qabığının törə-dilmiş görmə potensial-larının qeydiyyatı | ildə 2 dəfə | ildə 2 dəfə |
| |||
2.7. | Görmə analizatorunun həssaslığının və lyabil-liyinin qeydiyyatı | ildə 1 dəfə | ildə 2 dəfə |
| |||
| 3. Dərman preparatları |
| |||||
3.1. | Antikonvulsantlar: Karbamazepin 200 mq |
illik 40 həb |
illik 80 həb |
| |||
3.2. | Trankvilizatorlar və yuxu-gətiricilər: |
illik 56 həb |
illik 84 həb |
| |||
3.3. | Psixostimulyatorlar və nootroplar: |
illik 120 kapsul |
illik 120 kapsul |
| |||
1 | 2 | 3 | 4 | ||||
3.4. | Antidepressantlar: | illik 60 həb | illik 120 həb | ||||
3.5. | Antispastik preparatlar: Tizanidin 4mq | 6 ay, gündə 2-3 həb | 6 ay, gündə 2-3 həb | ||||
3.6. | Analgetiklər: Paracetamol | illik 40 həb | illik 80 həb | ||||
3.7. | Antibiotiklər: Ampicillin | illik 20 ampul | illik 20 ampul | ||||
3.8. | Qastroprotektorlar: |
illik 60-120 həb |
illik 60-120 həb | ||||
3.9. | Diuretiklər: |
ayda 20-30 həb |
ayda 20-30 həb | ||||
| 4. Digər preparatlar | ||||||
4.1. | Betahistin 16-24 mq | illik 120 həb | illik 120 həb | ||||
4.2. | Oksibutinin Na (driptan) | illik 90 həb | illik 180 həb | ||||
4.3. | Vitamin E | illik 60 həb | illik 60 həb | ||||
4.4. | Essentiale | illik 720 kapsul | illik 720 kapsul | ||||
4.5. | 5-NOK | illik 80 həb | illik 120 həb | ||||
4.6. | Flukonozol | illik 6 kapsul | illik 6 kapsul | ||||
4.7. | Midantan 100 mq | illik 60 həb | illik 60 həb | ||||
4.8. | Anaprilin 40mq | illik 40 həb | illik 40 həb | ||||
4.9. | Enalapril 10, 20 mq | illik 90-120 həb | illik 90-120 həb | ||||
4.10. | Emoksipin | illik 2,0 x 20 | illik 2,0 x 20 ampul | ||||
4.11. | Ondansetron (zofran) 4mq | illik 20 ampul | illik 40 ampul | ||||
4.12. | Plazmaferez | illik 6-8 seans | illik 10-12 seans |
Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin inyeksiya vasitələri və digər dərman preparatları ilə təminat qaydası dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin inyeksiya vasitələri və digər dərman preparatları ilə təmin edilməsi məsələlərini tənzimləyir. Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslər yaşadıqları ərazi üzrə müalicə-profilaktika müəssisəsinin nevroloji kabinetində qeydiyyata alınırlar. Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslər inyeksiya vasitələrini və digər dərman preparatlarını qeydiyyatda olduqları müalicə-profilaktika müəssisəsi (ərazi poliklinikası) tərəfindən Səhiyyə Nazirliyinin müəyyən etdiyi formaya uyğun, 2 nüsxədən ibarət yazılmış resept əsasında pulsuz alırlar. Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslər üçün dərman preparatları təyin edilərkən, terapevtik doza 30 günlük müalicə kursundan artıq olmamalıdır.
Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin inyeksiya vasitələri və digər dərman preparatları ilə təminatı müalicə-profilaktika müəssisəsinin (ərazi poliklinikası) müqavilə bağladığı aptek vasitəsilə resept əsasında həyata keçirilir. Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin resept əsasında pulsuz aldıqları inyeksiya vasitələrinin və digər dərman preparatlarının dəyəri Azərbaycan Respublikasının dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində “Səhiyyə” bölməsi üzrə nəzərdə tutulmuş vəsait hesabına ödənilir.
Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin sanatoriya-kurort müalicəsi ilə təmin edilməsi qaydası isə dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin sanatoriya-kurort müalicəsi ilə təmin edilməsi məsələlərini tənzimləyir. Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin sanatoriya-kurort müalicəsinə göndərilməsinin məqsədəuyğunluğu onların müşahidədə olduqları müalicə-profilaktika müəssisəsinin müalicə həkimi və şöbə müdiri tərəfindən müəyyən edilir. Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin sanatoriya-kurort müalicəsinə tibbi göstərişi olduqda, onlara məsləhət görülən kurort, müalicənin növü, sanatoriyanın profili və diaqnoz qeyd olunmaqla müəyyən edilmiş formada tibbi arayış verilir. Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin sanatoriya-kurort tövsiyəsi məsələsinin həllində onların digər xəstəlikləri də nəzərə alınmalıdır. Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə sanatoriya-kurort müalicəsini almaq üçün putyovkalar (yollayışlar) işləməyənlərə Azərbaycan Respublikasının dövlət büdcəsində bu məqsəd üçün nəzərdə tutulmuş vəsait hesabına, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatlarda işləyənlərə isə məcburi dövlət sosial sığorta vəsaitləri hesabına verilir.
Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslər (tibb müəssisələrinin müvafiq göndərişi ilə ölkə hüdudları daxilində) sanatoriya-kurort putyovkası (yollayışı) ilə işləyənlər iş yerindən, işləməyənlər isə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun yerli orqanları tərəfindən təmin edilirlər. Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslər sanatoriya-kurort putyovkasını almaq üçün ərizələrini və müalicə-profilaktika müəssisəsi tərəfindən verilmiş tibbi arayışı sanatoriya-kurort putyovkasını verən aidiyyəti idarə, müəssisə, təşkilat və ya orqanlara təqdim edirlər. Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslər sanatoriya-kurort putyovkasını aldıqdan sonra onlara müşahidədə olduqları müalicə-profilaktika müəssisəsi tərəfindən sanatoriya-kurort kartası verilir. Sanatoriya-kurort putyovkasını vermiş idarə, müəssisə, təşkilat və ya orqanlarda putyovkanın “geri qayıtma” talonunun qeydiyyatı aparılır və onun istifadəsini təsdiq edən sənəd kimi saxlanılır.
Dağınıq skleroz xəstəliyinin müalicəsində istifadə olunan yüksək effektli inyeksiya vasitələrinin və digər dərman preparatlarının siyahısı isə aşağıdakı kimidir:
Sıra №-si | Dərman preparatlarının adı | Remittəedici forma | Proqressivləşən forma |
1. | Qlükokortikosteroidlər: | illik 250 mq x | illik 250 mq x |
2. | Deksametazon | illik 4 mq-1ml x 20 ampul | illik 4 mq-1ml x |
3. | Prednizolon | illik 25 mq 60 ampul | illik 25 mq 60 ampul |
4. | Sitostatiklər | tələb olunmur həftədə 1 ampul- | 5 flakon illik həftədə 1 ampul- illik 52 ampul |