Tibb müəssisələrinin tikintisinə 28 milyon manat ayrıldı
Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, əhalinin sağlamlığının qorunması ilə bağlı görülən tədbirlər çərçivəsində ölkədə müasir səhiyyə ocaqlarının yaradılması məqsədi ilə 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə 20,0 (iyirmi) milyon manat, o cümlədən Bakı Sağlamlıq Mərkəzi üçün 5,0 (beş) milyon manat, Ağcabədi, Ağsu, Cəlilabad, Lənkəran və Yevlax mərkəzi rayon xəstəxanalarının hər biri üçün 3,0 (üç) milyon manat ayrılıb.
959