Azərbaycan prezidenti Qaradağda poliklinika və məktəb açılışında iştirak edib
25 sentyabr 2012 17:57 (UTC +04:00)

Azərbaycan prezidenti Qaradağda poliklinika və məktəb açılışında iştirak edib

Bu gün Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Bakının Qaradağ rayonunun Ələt qəsəbəsində yenidən qurulan 32 nömrəli şəhər poliklinikasının açılışında iştirak edib. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, prezident İlham Əliyev poliklinikanın əvvəlki və hazırkı vəziyyətini əks etdirən şəkillərdən ibarət stendə baxıb.

Dövlət başçısı poliklinikanın rəmzi açılışını bildirən lenti kəsib.

Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov Azərbaycan prezidentinə məlumat verib ki, poliklinikanın 1970-ci illərdə inşa olunmuş birmərtəbəli binası istifadəyə yararsız vəziyyətdə olub. Hazırda müasir standartlara cavab verən ikimərtəbəli yeni binada xəstələrin müayinə və müalicəsi üçün hər cür şərait yaradılıb. Binanın girişində Heydər Əliyevin və prezident İlham Əliyevin ölkəmizdə səhiyyənin inkişafına diqqət və qayğılarını əks etdirən fotoguşələr yaradılıb. Poliklinikada cərrah, uşaq nevropatoloji, peyvənd, prosedur, filtr boks, uşaq həkimi, diş həkimi, qulaq-burun-boğaz, terapevt, nevropatoloq, oftalmologiya, ginekologiya kabinetləri, laboratoriya, rentgen və idarəetmə otaqları fəaliyyət göstərir. Otaqlar müasir tibb avadanlığı ilə təmin edilib. Prezident poliklinikada yaradılmış şəraiti yüksək qiymətləndirib, əhaliyə keyfiyyətli tibbi xidmətin göstərilməsi ilə bağlı tapşırıqlarını verib.

Dövlət başçısı bu gün Qaradağ rayonunun Qobustan qəsəbəsində 330 nömrəli tam orta məktəbin açılışında da iştirak edib. Prezident İlham Əliyev məktəbin rəmzi açılışını bildirən lenti kəsib. Qaradağ payon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov Azərbaycan prezidentinə məlumat verib ki, ümumi sahəsi 2,5 hektar olan məktəbin üçmərtəbəli binasında hər cür şərait yaradılıb. Məktəbdə 48 sinif otağı vardır. Burada, həmçinin 96 yerlik akt zalı, kitabxana, hərbi vətənpərvərlik otağı, fizika, kimya, biologiya və digər fənlərin tədrisi üçün laboratoriya və kabinetlərlə yanaşı, diş həkimi, psixoloq otaqları da fəaliyyət göstərir. Məktəbin həyətində geniş abadlıq işləri aparılıb, futbol, voleybol və basketbol meydançaları yaradılıb. Dövlət başçısı məktəbdə yaradılan şəraiti yüksək qiymətləndirib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 984

Oxşar yazılar