Bakıda orta məktəbdə ilk 3D görüntülü kabinet
Bakı şəhər Yasamal rayonu ərazisində yerləşən 18 saylı tam orta məktəbdə 3D stereo görüntülü biologiya kabinetinin təqdimatı keçirilib. Lent.az-ın məlumatına görə, təqdimat mərasimində Təhsil Nazirliyinin, Bakı Şəhər Təhsil İdarəsinin nümayəndələri və KİV təmsilçiləri iştirak edib.
Təhsil ocağı barədə məlumat verən məktəbin direktoru Vaqif Hüseynli bildirib ki, orta məktəb əsaslı təmirdən sonra “Bilik Günü”ndə açılışı olub: “Əsaslı təmirdən sonra məktəbimizin açılış mərasimində ölkə başçısı İlham Əliyev də iştirak edib. Məktəbimizin maddi-texniki bazası möhkəmlənib, siniflərin sayı artıb, müasir texnologiya ilə təchiz olunmuş yeni kabinet və laboratoriyalar yaradılıb. Ən əsası odur ki, bizim uzun illər gözlədiyimiz akt zalımız var. Hazırda 18 saylı təhsil müəssisəsində 1670 şagird təhsil alır”.
V. Hüseynli onu da vurğulayıb ki, orta məktəbin biologiya kabinetində ölkəmizdə ilk dəfə olaraq 3D stereo görüntü texnologiyaları əsasında lövhə quraşdırılıb. “Bu, hazırda 6-9-cu siniflər üçün nəzərdə tutulub. Gələcəkdə 10-11-ci siniflər də bu kabinetdəki texnologiyadan yararlana biləcəklər” - deyə, V Hüseynli əlavə edib.
Anar

Oxşar yazılar

Sabah çimərliklərdə hava necə olacaq? - PROQNOZ
18 iyul 2025 , 20:32
“Naxçıvan” hoteli sökülür
18 iyul 2025 , 19:31
Sabah Bakıda gözlənilən hava ilə bağlı XƏBƏRDARLIQ
18 iyul 2025 , 19:20
Bu BÜRCLƏR çoxdan gözlənilən mükafatı alacaqlar
18 iyul 2025 , 18:44
Sabahdan "Sea Breez"ə avtobus xətti açılır - Gedişhaqqı nə qədərdir?
18 iyul 2025 , 17:39
Fərid Şahbazlı: “150 illik milli mətbuat yolu Vətənə xidmətin şərəfli tarixidir”
18 iyul 2025 , 17:30Dəhşətli istilər bu tarixədək davam edəcək
18 iyul 2025 , 16:54