“Məktəb və bağçalarda dezinfeksiya işləri aparılır”.
APA-nın xəbərinə görə, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayev deyib.
“Xəstə uşaqların məktəbə və bağçaya aparılmaması lazımdır. Hazırda məktəblərin bağlanması müzakirə olunmur. Koronavirus o qədər geniş yayılmayıb ki, bu cür qərar verilsin. Koronavirusun yayılması genişlənərsə məktəb və universitetlərin bağlanmasından söhbət gedə bilər”, - C. İsayev qeyd edib.