"Bu gün döyüşən qəhrəmanlarımız səhiyyə işçiləridir” - Deputat
17 mart 2020 12:38 (UTC +04:00)

"Bu gün döyüşən qəhrəmanlarımız səhiyyə işçiləridir” - Deputat


“Bir gün ərzində 200-ə yaxın süni nəfəs aparatının ölkəmizə gətirilməsi təqdirəlayiqdir”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Səhiyyə komitəsinin sədr müavini, deputat Rəşad Mahmudov deyib.

R.Mahmudovun fikrincə, insanlar bilməlidir ki, bu xəstəlik ağır respirator formaya keçdikdən sonra dünyanın ən məşhur xəstəxanalarında belə 90 % ölüm riski ilə qarşı-qarşıya qalmaq reallığı var: “Hər bir fərdin bu qlobal hadisəni, öz sağlamlığı qədər başqalarının da sağlamlığına təhlükəni dərk etməlidir. Bu zaman biz bu hadisəyə ən az zərərlə qalib gələ bilərik. Ona görə də hamını ictimai məsuliyyətə və nizam-intizama dəvət edirəm. Bu gün tibb ocaqlarında döyüşən qəhrəmanlarımız səhiyyə işçiləridir”.

R.Mahmudov təklif edib ki, Novruz Bayramı axşamı Novruzun ən gözəl atributu olan, şam yandıraraq eyvana çıxmaqla, həmrəyliyimizi ifadə etməliyik.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 654
avatar

Oxşar yazılar