"Abituriyentlər üçün dərs vaxtı" onlara nə verir? - Ekspet DANIŞIR
29 iyun 2020 17:47 (UTC +04:00)

"Abituriyentlər üçün dərs vaxtı" onlara nə verir? - Ekspet DANIŞIR

"Martın 3-dən etibarən təkcə orta ümumtəhsil məktəblərinin yox, hazırlıq kurslarının da fəaliyyətini məhdudlaşdırması ali məktəblərə hazırlaşan abituriyentlərin kifayət qədər tədris prosesindən geri qalmasına səbəb oldu".

Bunu Lent.az-a təhsil eksperti Kamran Əsədov deyib. O bu müddət ərzində Təhsil Nazirliyinin abituriyentlər və şagirdlər üçün keçirdiyi layihələrin effektivliyi məsələsinə də toxunub: "Dərslərə məhdudiyyətlərin qoyulmasından sonra Təhsil Nazirliyi bir sıra uğurlu layihələr həyata keçirdi. "Teledərs",  "Virtual məktəb" layihələri şagirdlərə dərslərdə davamiyyəti saxlamağa kömək etdi. 

Ali məktəblərə hazırlaşanlar üçün "Abituriyentlər üçün dərs vaxtı" da uğurlu layihələrdəndir.  Müəyyən şagirdlər var ki, onlar maddi çətinlik ucbatından hazırlıqlarda, eyni zamanda müəllimlərin ödənişli onlayn dərslərində iştirak edə bilmirlər. Təhsil Nazirliyinin layihəsi bu qəbildən olan abituriyentlər üçün də çox yaxşı bir şansdır. Maraqlı tərəfi odur ki, hazırlıq dərsləri ali məktəblərə keçirilən qəbul imtahanlarında istifadə olunan mövzulardan, eyni zamanda ordakı test tapşırıqlarının izahından ibarətdir. Layihədə dərs verən müəllimlərin repetitorluqda kifayət qədər təcrübəsi var.

"Teledərs" layihəsindən fərqi ondan ibarətdir ki, daha çox əhatəlidir. Qəbul imtahanlarında daha çox istifadə edilən, abituriyentlər tərəfindən daha az cavablandırılan, çətin hesab olunan test tapşırıqlarını əhatə edir.  Yəni, sonuncu layihə ali məktəblərə hazırlaşmaq istəyənlər üçün  olduqca böyük bir şansdır". 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2206
avatar

Aygün İbrahimli

Oxşar yazılar