Prezident İlham Əliyev Azərbaycan Prezidentinin 1998-ci il 29 dekabr tarixli 51 nömrəli Fərmanı ilə təsdiq edilmiş “20 Yanvar şəhidi” fəxri adı haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Fərman imzalayıb.
APA-nın məlumatına görə, Fərmanda bildirilir ki, Azərbaycan Prezidentinin 1998-ci il 29 dekabr tarixli 51 nömrəli Fərmanı ilə təsdiq edilmiş “20 Yanvar şəhidi” fəxri adı haqqında Əsasnamə”nin 5-ci hissəsinin birinci bəndinə “haqqında” sözündən sonra “bu Əsasnamənin əlavəsində müəyyən olunmuş formada” sözləri əlavə edilir və həmin hissənin ikinci bəndi ləğv edilir.