Bu gün Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.
Lent.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin rəsmi “Twitter” hesabında paylaşım edilib.
O, atəşkəsin əldə edilməsi, qarşıdurmanın siyasi müstəviyə keçirilməsi üçün göstərdiyi səylərinə, Ukrayna əhalisinə dərman preparatları və tibbi avadanlıqların göndərilməsinə görə Azərbaycan Prezidentinə təşəkkür edib.
***
Həmçinin, Zelenski video müraciətində bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev Rusiya ilə Ukrayna arasında danışıqları təşkil etməyi təklif ediblər.