Zakir Həsənov türkiyəli həmkarı ilə birgə mətbuat konfransı keçirib - VİDEO
09 noyabr 2021 10:26 (UTC +04:00)

Zakir Həsənov türkiyəli həmkarı ilə birgə mətbuat konfransı keçirib - VİDEO

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab Hulusi Akarın Heydər Əliyev Mərkəzində birgə mətbuat konfransı keçirilib.

Müdafiə Nazirliyindən Lent.az-a verilən xəbərə görə, konfransda media nümayəndələrinin sualları cavablandırıldıqdan sonra hər iki qardaş ölkənin müdafiə nazirləri bəyanatla çıxış ediblər.

Müdafiə naziri general-polkovnik Z.Həsənov Vətən müharibəsində Türkiyənin həm siyasi, həm də mənəvi dəstəyinə görə qardaş ölkəyə təşəkkürünü bildirib. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük müharibədə yüksək peşəkarlıq nümayiş etdirdiyi diqqətə çatdırılıb. Nazir Türkiyə Silahlı Qüvvələri ilə keçirilən birgə təlimlərdən danışaraq, bundan sonra da bu istiqamətdə işlərin davam etdiriləcəyini qeyd edib. Müdafiə naziri Zəfər Gününü bizimlə birgə qeyd etmək üçün ölkəmizə təşrif buyuran türkiyəli həmkarına və onun rəhbərlik etdiyi nümayəndə heyətinə öz təşəkkürünü bildirib.

Türkiyənin Milli Müdafiə naziri cənab H.Akar hər iki ölkənin ortaq tarixinin olduğunu bildirərək qardaşlığımızın əbədi davam etdiriləcəyini xüsusi vurğulayıb. Azərbaycanın istənilən probleminin həll olunması istiqamətində Türkiyənin bütün imkanlarını səfərbər etməyə hər zaman hazır olduğu diqqətə çatdırılıb. Milli Müdafiə naziri ölkələrimiz arasında mövcud dostluq və qardaşlıq münasibətlərinin daha da inkişaf etdiriləcəyinə əmin olduğunu bildirib.

Mətbuat konfransının sonunda media nümayəndələri ilə birgə xatirə fotosu çəkdirilib.

# 1431
avatar

Oxşar yazılar

Media reyestrinə etiraz edənlər:  onlar nə istəyirlər?

Media reyestrinə etiraz edənlər: onlar nə istəyirlər?

6 fevral 2023 , 19:19
Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumunun TAM TƏFƏRRÜATI  -VİDEO

Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumunun TAM TƏFƏRRÜATI -VİDEO

6 fevral 2023 , 16:38
Mətbuat xidməti əməkdaşları  jurnalist hesab edilmirlər   - RƏSMİ

Mətbuat xidməti əməkdaşları jurnalist hesab edilmirlər - RƏSMİ

6 fevral 2023 , 16:11
Azərbaycanlı tanınmışlardan zəlzələ ilə bağlı paylaşım - FOTO

Azərbaycanlı tanınmışlardan zəlzələ ilə bağlı paylaşım - FOTO

6 fevral 2023 , 14:29
Kler Fransisk, britaniyalı səyyah

Səyyah: İstisunu gördüm, vanna qəbul etmək istərdim

5 fevral 2023 , 12:10
Beynəlxalq səyyahların Kəlbəcərə səfəri

Beynəlxalq səyyahlar Kəlbəcərdə İstisuda olublar-FOTO

5 fevral 2023 , 10:19
“Terrorçuya “ruhi xəstə” adını İranı idarə edən ruhi xəstələr verib” – DEPUTAT DANIŞDI

“Terrorçuya “ruhi xəstə” adını İranı idarə edən ruhi xəstələr verib” – DEPUTAT DANIŞDI

3 fevral 2023 , 18:09
Zakir Həsənov Hulusi Akarla təlimi izlədi - FOTO

Zakir Həsənov Hulusi Akarla təlimi izlədi - FOTO

2 fevral 2023 , 17:28