Zakir Həsənov Hulusi Akarla təlimi izlədi - FOTO
02 fevral 2023 17:28 (UTC +04:00)

Zakir Həsənov Hulusi Akarla təlimi izlədi - FOTO

Türkiyə Respublikasının milli müdafiə naziri cənab Hulusi Akarın dəvəti ilə qardaş ölkədə səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov "Qış təlimi - 2023" beynəlxalq təlimi çərçivəsində “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə iştirak edib.

Müdafiə Nazirliyindən Lent.az-a verilən xəbərə görə, əvvəlcə müdafiə nazirlərinə “Qış təlimi - 2023” təlimi barədə raport verilib. Ordu rəhbərləri yeni nəsil texnika və avadanlıqlarla tanış olub, təlimin maddi-texniki təminat hissəsinə baxış keçiriblər.
Sonra Azərbaycanla yanaşı iştirak edən digər 17 ölkənin hərbi qulluqçuları sərt iqlim və çətin relyef şəraitində müxtəlif epizodlar üzrə tapşırıqların icrasını nümayiş etdiriblər.

Yekunda Türkiyənin milli müdafiə naziri H.Akar, Azərbaycanın müdafiə naziri general-polkovnik Z.Həsənov, Gürcüstanın müdafiə naziri C.Burçuladze müşahidəçilər və digər rəsmi qonaqlar qarşısında çıxış ediblər.

Qeyd edək ki, cari ilin 18 yanvar - 03 fevral tarixlərində keçirilən təlimdə ölkəmizi təmsil edən Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları yüksək peşəkarlıq göstəriblər.

# 2751
avatar

Oxşar yazılar

Ruben Vardanyan  - “Çirkli pulları yuma” hesabatlarında, yoxsa Nobel namizədliyində - ARAŞDIRMA

Ruben Vardanyan - “Çirkli pulları yuma” hesabatlarında, yoxsa Nobel namizədliyində - ARAŞDIRMA

16 aprel 2024 , 09:52
Tovuz atəşə tutuldu

Tovuz atəşə tutuldu

13 aprel 2024 , 09:10
Ermənilər Daşkəsəni atəşə tutdu

Ermənilər Daşkəsəni atəşə tutdu

12 aprel 2024 , 18:54
Ermənilər Qarabağda niyə qalmadı?  - Paşinyan AÇIQLADI

Ermənilər Qarabağda niyə qalmadı? - Paşinyan AÇIQLADI

10 aprel 2024 , 13:18
Mehriban Əliyevadan Ramazan bayramı paylaşımı

Mehriban Əliyevadan Ramazan bayramı paylaşımı

10 aprel 2024 , 08:09
İlham Əliyevdən Ramazan bayramı paylaşımı

İlham Əliyevdən Ramazan bayramı paylaşımı

9 aprel 2024 , 21:05
Ermənilər Naxçıvanı  atəşə tutdu

Ermənilər Naxçıvanı atəşə tutdu

9 aprel 2024 , 18:37
Erməni tərəf Kəlbəcəri atəşə tutub

Erməni tərəf Kəlbəcəri atəşə tutub

9 aprel 2024 , 13:50