“Təxliyə üçün müraciət çox azdır, olanlar da müntəzəm reyslərlə çıxa bilirlər”.
Lent.az xəbər verir ki, Xarici İşlər Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirildiyinə görə, hazırda İsraildə olan Azərbaycan vətəndaşlarının dəqiq sayı bilinmir, çünki, əksəriyyətinin ikili vətəndaşlığı var.
“Azərbaycanlı vətəndaşlar arasında ölən və yaralanan yoxdur. Təxliyə üçün müraciət çox azdır, olanlar da müntəzəm reyslərlə çıxa bilirlər”, -deyə məlumatda qeyd olunub.