Vladimir Putin Oqtay Əsədov və Əli Həsənova “Dostluq” ordeni verdi
09 mart 2015 16:17 (UTC +04:00)

Vladimir Putin Oqtay Əsədov və Əli Həsənova “Dostluq” ordeni verdi

0

 

 

Azərbaycan rəsmiləri Rusiya ilə dostluğun və əməkdaşlığın möhkəmləndirilməsində verdiyi töhfəyə görə ordenə layiq görülüb

 

Rusiya Federasiyasının prezidenti Vladimir Putin Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovu və Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovu "Dostluq" ordeni ilə təltif edib.

 

APA-nın məlumatına görə, Rusiya prezidentinin martın 5-i imzaladığı Fərmanda qeyd edilir ki, O. Əsədov və Ə. Həsənov Rusiya Federasiyası ilə dostluğun və əməkdaşlığın möhkəmləndirilməsində böyük töhfəyə görə ordenə layiq görülüb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 369

Oxşar yazılar