<b>Türkiyə Baş nazirinin xanımı Bibiheybət ziyarətgahında oldu</b>
03 iyun 2016 18:35 (UTC +04:00)

Türkiyə Baş nazirinin xanımı Bibiheybət ziyarətgahında oldu

Türkiyə Respublikası Baş nazirinin xanımı Semiha Yıldırım Bibiheybət ziyarətgah kompleksi ilə tanış olub.

 

Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, qonağa kompleks barədə məlumat verilib.

 

Bildirilib ki, VII əsrin yadigarı sayılan Bibiheybət ziyarətgahı sovet dövründə repressiyaya məruz qalıb. 1934-cü ildə buradakı məscid dağıdılıb. Ulu öndər Heydər Əliyevin milli mənəvi dəyərlərimizə dərindən bağlılığı sayəsində bu ziyarətgah bərpa olunub. Ümummilli Lider 1994-cü ilin martında bu müqəddəs ocağı ziyarət edib, 1997-ci il iyulun 23-də isə burada yeni məscid kompleksinin bünövrəsi qoyulub. Bir il sonra Ulu Öndərin iştirakı ilə məscidin əsas korpusunun açılışı olub.

 

Baş nazir xanımının diqqətinə çatdırılıb ki, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində Bibiheybət ziyarətgah kompleksində inşaat və tərtibat işləri klassik Şərq memarlığı üslubunda aparılıb. Ziyarətgah kompleksi 2008-ci il iyulun 12-də istifadəyə verilib.

 

Türkiyə Baş nazirinin xanımı Semiha Yıldırım isə öz növbəsində Azərbaycanda dini dəyərlərə göstərilən diqqət və qayğını yüksək qiymətləndirib, ziyarətgah kompleksində aparılan yenidənqurma işlərinin bunun bariz nümunəsi olduğunu bildirib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 167
avatar

Oxşar yazılar