Strasburqda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü keçiriləcək
20 noyabr 2013 15:16 (UTC +04:00)

Strasburqda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü keçiriləcək

“Prezidentlərin hər görüşünü biz müsbət hadisə kimi qiymətləndiririk .”APA-nın xəbərinə görə, bunu Fransanın Azərbaycandakı səfiri Paskal Monye jurnalistlərə açıqlamasında deyib.

 

Azərbaycan və Ermənistan prezidentlərinin Vyana görüşünü şərh edən səfir bildirib ki, həmsədrlərin verdikləri bəyanatla tanışdır: “Onlar yeni görüş hazırlayırlar. Bu, o deməkdir ki, iki ölkə arasında dialoqun yaxşılaşmasına yeni impuls verilib. Fransa təbii ki, bunu dəstəkləyir”. 

 

Diplomat qeyd edib ki, Fransa münaqişə tərəfləri arasında təmasları, o cümlədən vətəndaş cəmiyyəti səviyyəsində əlaqələri də dəstəkləyir. O, noyabrın 28-29-da Strasburqda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşünün keçiriləcəyini söyləyib. Görüşün yekunları əsasında birgə bəyannamənin imzalanması nəzərdə tutulub. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 814
avatar

Oxşar yazılar