Xidməti vəzifələrini pozan diplomatlar cəzalanacaq -<span style="color:red;"> SƏRƏNCAM
02 noyabr 2015 16:59 (UTC +04:00)

Xidməti vəzifələrini pozan diplomatlar cəzalanacaq - SƏRƏNCAM

Prezident İlham Əliyev “Diplomatik xidmət haqqında” qanuna dəyişiklik edib. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, dəyişikliyə əsasən, qanunun 11.2-ci maddəsinə “Azərbaycan Respublikasının” sözlərindən əvvəl “Xidməti vəzifələrinin kobud şəkildə pozulmasına və ya diplomatik xidmət ilə bir araya sığmayan hərəkətlərə görə, habelə” sözləri əlavə edilib. 

 

Qanunun 18.1-ci maddəsinə də “şəxslər” sözündən sonra “xidməti vəzifələrinin kobud şəkildə pozulmasına və ya diplomatik xidmət ilə bir araya sığmayan hərəkətlərə görə, həmçinin” sözləri əlavə olunub.

 

Başqa sözlə, qanuna edilən dəyişiklikdən sonra xidməti vəzifələrinin kobud şəkildə pozulmasına və ya diplomatik xidmət ilə bir araya sığmayan hərəkətlərə yol verən diplomatlar rütbələrindən məhrum ediləcək və diplomatik xidmətdən vaxtından əvvəl geri çağırılacaqlar. 

 

# 229
avatar

Oxşar yazılar