
Rusiya-Azərbaycan sərhədinin bu istiqamətlərində nişanlar quraşdırılacaq
Xarici İşlər Nazirliyində Azərbaycanla Rusiya arasında dövlət sərhədlərinin demarkasiyası üzrə Birgə Komissiyanın yeddinci iclası keçirilib.
APA-nın xəbərinə görə, iclasda 3 sentyabr 2010-cu ildə imzalanmış Azərbaycan və Rusiya arasında dövlət sərhədi haqqında müqaviləyə uyğun olaraq, Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dövlət sərhədinin demarkasiyası prosesinin davam etdirilməsi ilə bağlı məsələlər müzakirə edilib.
Görüş əsnasında tərəflər dövlət sərhəd xəttinin yüksək dağlıq ərazilərdəki hissəsində sərhəd nişanları ilə işarələnməsi üzrə iş planını qəbul ediblər.
İclasın nəticələrini əks etdirən protokola uyğun olaraq, Birgə Komissiyanın işçi qrupu tərəfindən bu ilin iyul-oktyabrında yüksək dağlıq ərazilərdə sərhəd nişanlarının yeri müəyyən ediləcək və həmin nişanlar quraşdırılacaq, eləcə də dövlət sərhəd xəttinin meşə hissəsində, körpü və sərhəd-buraxılış məntəqələrində müvafiq demarkasiya işləri aparılacaq.
Birgə Komissiyanın növbəti iclasının Rusiya ərazisində keçirilməsi nəzərdə tutulur. İclasın keçirilmə tarixi diplomatik kanallar vasitəsilə razılaşdırılacaq.
Oxşar yazılar

MEDİA-dan sosial şəbəkələrdə yayılan saxta məlumatla bağlı AÇIQLAMA
12 iyul 2025 , 19:52
Azərbaycan Suriyaya qaz verəcək
12 iyul 2025 , 15:34
İşğal zamanı əsirlikdə işgəncələrə məruz qalmış şəxslər ifadə verdilər
10 iyul 2025 , 22:45
Sülh gündəliyi Azərbaycanın liderliyi ilə irəliləyir
10 iyul 2025 , 17:29
İlham Əliyevlə Paşinyanın görüşünün nəticəsi məlum oldu
10 iyul 2025 , 14:35
Azərbaycan və Ermənistan rəhbərliyi ilk dəfə vasitəçisiz görüşdü - VİDEO - YENİLƏNİB
10 iyul 2025 , 14:02
Azərbaycanla Ermənistan arasında vasitəçisiz danışıqlar - Tarixi Əbu-Dabi görüşü
10 iyul 2025 , 12:53