Prezident Gürcüstanın daxili işlər nazirini qəbul etdi
26 noyabr 2015 16:24 (UTC +04:00)

Prezident Gürcüstanın daxili işlər nazirini qəbul etdi

Prezident İlham Əliyev Gürcüstanın daxili işlər naziri Giorgi Mqebrişvilini qəbul edib.

 

Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, Gürcüstana bu yaxınlarda etdiyi uğurlu rəsmi səfərini məmnunluqla xatırlayan dövlət başçısı səfər zamanı ikitərəfli münasibətlər, o cümlədən regional əməkdaşlıq və təhlükəsizlik ilə bağlı mühüm məsələlərin müzakirə olunduğunu vurğulayıb. Regionda təhlükəsizliyin təmin olunması işində ölkələrimizin müvafiq qurumları arasında əməkdaşlığın rolunu xüsusi qeyd edən Prezident İlham Əliyev bu istiqamətdə əlaqələrin daha da möhkəmləndirilməsinin önəmini vurğulayıb.

 

Daxili işlər naziri Giorgi Mqebrişvili Gürcüstan Prezidenti Giorgi Marqvelaşvilinin və Baş nazir İrakli Qaribaşvilinin salamlarını dövlət başçısına çatdırıb. Hüquq mühafizə orqanları arasında əməkdaşlığa toxunan Gürcüstanın daxili işlər naziri xüsusilə dünyada terrorun və cinayətkarlığın hökm sürdüyü bir vaxtda ölkələrin müvafiq qurumları arasında əməkdaşlığın daha da möhkəmləndirilməsinin önəmini qeyd edib. O, ölkəsinin Azərbaycan ilə mədəni və sosial sahələrdə də əməkdaşlığa böyük önəm verdiyini vurğulayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 152
avatar

Oxşar yazılar