Müsavat başqanı Arif Hacılı MSK sədrinə MƏKTUB yazdı
15 oktyabr 2015 17:07 (UTC +04:00)

Müsavat başqanı Arif Hacılı MSK sədrinə MƏKTUB yazdı

 

Müsavat Partiyasının başqanı Arif Hacılı Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahova rəsmi məktubla müraciət edib.

 

Partiyadan Lent.az-a daxil olan məlumata görə, müraciətdə bildirilir ki, Müsavat Partiyası tərəfindən birmantdatlı seçki dairələrindən irəli sürülən 70-dən çox namizəddən 24-ü deputatlığa namizəd kimi qeydə alınıb.

 

Partiya başqanı müraciətində qeyd edib ki, namizədlərinin təbliğat və təşviqat kampaniyasının təşkili, onların platformalarını seçicilərə çatdırması üçün İctimai Televiziyada pulsuz efir vaxtının ayrılması zəruridir: “Müsavat Partiyası 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə iştirakla bağlı qərar qəbul edib. İctimai diskusiyaların təşkili, bərabərhüquqlu təbliğat imkanları prinsipi baxımından da televiziyada pulsuz efir vaxtının ayrılmaması yolverilməzdir”.

 

Müraciətdə Məzahir Pənahovdan bütün bunların nəzərə alınaraq, parlament seçkilərində iştirak edən namizədlərə və siyasi partiyalara İctimai Televiziyada pulsuz efir vaxtı ayrılması üçün təsirli tədbirlər görməsi xahiş olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 219

Oxşar yazılar