MDB Azərbaycanda keçiriləcək prezident seçkilərini izləmək üçün müşahidə missiyası göndərəcək.
APA-nın xəbərinə görə, missiyaya MDB-nin icra katibi Sergey Lebedev başçılıq edəcək. Məsələ MDB daimi nümayəndələrinin Minsk şəhərində keçirilən iclasında razılaşdırılıb.
Yaxın vaxtlarda missiyanın tərkibi və fəaliyyət planı müəyyənləşdiriləcək.