
Kraliçanın ad günü Bakıda qeyd olundu
Böyük Britaniya və Şimali İrlandiyanın kraliçası II Yelizavetanın doğum günü münasibətilə Bakıda qəbul keçirilib.
APA-nın məlumatına görə, qəbulda ilk olaraq Böyük Britaniyanın Azərbaycandakı səfiri Karol Krofts qonaqları salamlayıb.
Daha sonra çıxış edən energetika naziri Pərviz Şahbazov bildirib ki, iki ölkə arasında dostluq və qarşılıq faydalı əməkdaşlıq əsasında davam edən əlaqələrin tarixi 26 ildən artıqdır: "Əlaqələrimiz enerji və qeyri-enerji sektoru daxil olmaqla, bir sıra sahələri əhatə edir. Britaniya Azərbaycanda ən böyük investordur.
Azərbaycanda 400 Britaniya şirkəti fəaliyyət göstərir. Bu yaxınlarda açılışı reallaşan Cənub Qaz Dəhlizi layihəsi əməkdaşlığımızda və qlobal enerji təminatında yeni üfüqlər açır.
"Əsrin müqaviləsi"nin 2050-cı ilə qədər uzaldılması, yeni yataqların kəşfi ilə bağlı nəzərdə tutulan tədbirlər tərəfdaşlıq əlaqələrimizin yeni səviyyəyə qalxmasına xidmət edəcək. Hər iki ölkə sülhün və qlobal təhlükəsizliyin təmin olunmasında sıx əməkdaşlıq edir. Əminəm ki, qarşılıqlı faydalı əməkdaşlıq gələcəkdə daha da güclənəcək".
Tədbir konsert proqramı ilə davam edib.
Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29