İlham Əliyev Türkiyənin energetika və təbii sərvətlər naziri ilə görüşüb - YENİLƏNİB
23 fevral 2017 11:13 (UTC +04:00)

İlham Əliyev Türkiyənin energetika və təbii sərvətlər naziri ilə görüşüb - YENİLƏNİB

 

 

 
 
 Prezident İlham Əliyev Türkiyənin Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısında yüksək səviyyədə iştirak etməsinin önəmini xüsusi vurğulayıb.  
 
 
Lent.az-ın AzərTac-a istinadən məlumatına görə, dövlət başçısı bu toplantının gələcək planların uğurla reallaşdırılmasına mühüm töhfə verəcəyinə əminliyini bildirib. 
 
Türkiyədə keçiriləcək ümumxalq səsverməsinə toxunan prezident İlham Əliyev referendumun yüksək səviyyədə təşkil olunacağına, Türkiyə xalqının iradəsinin əksini tapacağına və qardaş ölkənin həyatında bundan sonra yeni, daha sabit dövrün başlanacağına əminliyini ifadə edib. Dövlətimizin başçısı TANAP layihəsinin uğurla icrasına verdiyi dəstəyə görə Türkiyə hökumətinə minnətdarlığını ifadə edib. 
 
Söhbət zamanı dünyada və Avropada baş verən siyasi, iqtisadi böhran fonunda Azərbaycan ilə Türkiyə arasındakı dostluq və qardaşlıq əlaqələrinin yüksək səviyyədə olması məmnunluqla qeyd edilib. 
 
Türkiyənin energetika və təbii sərvətlər naziri Berat Albayrak Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın Mehriban Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunması münasibətilə Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya təbriklərini və salamlarını çatdırıb. 
 

10:40

 

Fevralın 23-də prezident İlham Əliyev Türkiyənin energetika və təbii sərvətlər naziri ilə görüşüb.

 

Lent.az-ın AzərTac-a istinadən məlumatına görə, dövlət başçısı  Türkiyənin energetika və təbii sərvətlər naziri Berat Albayrak ilə görüş keçirib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 155
avatar

Oxşar yazılar