Rüstəm İbrahimbəyovdan... kino kimi AÇIQLAMA
22 avqust 2013 18:26 (UTC +04:00)

Rüstəm İbrahimbəyovdan... kino kimi AÇIQLAMA

Milli Şura sədri Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşlığından çıxması ilə bağlı yeni qalmaqallı məlumat ortaya çıxıb.

 

Virtualaz.org saytı Rusiya Federal Miqrasiya Xidmətinin Mətbuat Xidmətinə müraciət edərək Rüstəm İbrahimbəyovun həqiqətən də vətəndaşlıqdan imtina edib-etmədiyini dəqiqləşdirməyə cəhd edib. Federal Miqrasiya Xidmətinin mətbuat xidmətinin əməkdaşı Zalina Vladimirova saytın əməkdaşına Rüstəm İbrahimbəyovun avqustun 13-də Rusiya vətəndaşlığından imtina etmək barədə müraciət etdiyini və ona sənədlərinin baxılması üçün ondan alınması barədə qəbz verildiyini deyib.

 

“Yeni Müsavat”a danışan Milli Şuranın sədri Rüstəm İbrahimbəyov isə müraciəti iyulun 8-də etdiyini, amma avqustun 13-də qeydə alındığını bildirib: “Mən iyulun 8-də müraciət etmişəm, amma Rusiya hökumətinin öz qanunları var. Müraciəti məndən qəbul edəndə əlavə sənədlər istədilər. Həmin sənədlər mənim Rusiya hökuməti qarşısında öhdəliklərimin olub-olmaması ilə bağlı idi. Bu sənədlərin toplamaq üçün onlar rəsmi məktublar göndəriblər. Vergi İdarəsinə edilən müraciətə avqustun 12-də cavab gəlib, dünən isə Rusiya Daxili İşlər Nazirliyindən cavab gəlib. Mən dünən həmin sənədin surətini Bakıya göndərmişəm. Eyni zamanda başqa sənədlər gəlib və bütün bu sənədlər gələndən sonra avqustun 13-də bütün sənədlər toplanandan sonra bunlar mənim iyulun 8-də yazdığım məktubu qəbul ediblər. Bu mənim müraciətim deyil, müraciət iyulun 8-də olub. Amma Miqrasiya Xidməti bu sənədləri avqustun 13-də qeydiyyatdan keçirib. Bu gün mən sənədlərimi vermişəm. Amma qeydiyyatdan bəlkə də bir aydan sonra keçəcəyəm. Amma qeydiyyat ayın 13-dür”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1184
avatar

Oxşar yazılar