Ermənistan səfirliyi qarşısında Dilqəm və Şahbaza azadlıq tələbi
30 dekabr 2014 16:57 (UTC +04:00)

Ermənistan səfirliyi qarşısında Dilqəm və Şahbaza azadlıq tələbi

Bu gün Ermənistanın Gürcüstandakı səfirliyinin binası qarşısında Kəlbəcərdə girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması tələbi ilə aksiya keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, aksiyada Bavariyadakı (Almaniya) Azərbaycan Diaspor Mərkəzinin rəhbəri Akif Məmmədov, Azərbaycanda fəaliyyət göstərən “Mərhəmət” Kimsəsizlərə Yardım İctimai Birliyinin rəhbəri İradə Nəsirova, Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov və Gürcüstan ali məktəblərində təhsil alan azərbaycanlı tələbələr iştirak edib.

 

Aksiya iştirakçıları əllərində Azərbaycan bayraqları, Dilqəm Əsgərov və Şahbaz Quliyevin portretlərini və müxtəlif plakatlar tutaraq səfirliyin qarşısında “Sarkisyan faşistdir!”, “Azərbaycan torpaqlarını azad edin!”, “Girovları azad edin!”, “Bizim torpaqları azad edin!” şüarlarını səsləndiriblər. Onlar Dağlıq Qarabağda keçirilən “məhkəmə” prosesinin qeyri-qanuni olduğunu və hələ də Ermənistanda azərbaycanlı əsir və girovların saxlanıldığını bəyan ediblər. Sonra aksiya iştirakçıları tərəfindən Ermənistan səfirliyinə bəyanat təqdim olunub.

 

İştirakçılar səfirliyin qarşısından ayrıldıqdan sonra Tiflisin mərkəzi küçələrindən biri olan Marcanişvili küçəsində eyni şüarları səsləndirərək yürüş ediblər. Aksiya insidentsiz başa çatıb.

 

Tiflis sakinləri, o cümlədən azərbaycanlı, erməni və gürcülər Ermənistanın qanunsuz və anti-humanist addımlarını  qınayıblar. Milliyətcə erməni olan Tiflis sakini Gülnara Mkrtçyan göz yaşlarını saxlaya bilməyərək jurnalistlərə vaxtilə Bakıda yaşadığını deyib: “Mən bir zamanlar Bakıda yaşamışam. Baş verənləri ürək ağrısı ilə izləmişəm. Erməni siyasətçilərin hərəkətlərinə görə xəcalət çəkirəm. Necə deyə bilərəm ki, Ermənistan hakimiyyəti düz edir? Girov saxlanılan azərbaycanlılar azadlığa buraxılmalıdır”.

 

Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov isə APA-ya açıqlamasında atası haqqında qanunsuz “məhkəmə” qərarı ilə tanış olduğunu bildirib: “Dünən hökm olub. Mən belə bir qondarma “məhkəmə”nin qərarını tanımıram. MənKəlbəcərdənəm və atam da öz dostu ilə birlikdə ata-babasının qəbrini ziyarət etməyə gedib. Onları erməni əsgərləri Azərbaycan torpağında tutaraq altı aydır ki, işgəncə verirlər”.

 

Bavariyadakı Azərbaycan Diaspor Mərkəzinin rəhbəri Akif Məmmədov Almaniyadan məhz bu aksiyaya qatılmaq üçün Gürcüstana gəldiyini söyləyib: “Bu gün Tiflis meriyasının razılığı ilə Ermənistan səfirliyi qarşısında etiraz aksiyası keçirdik və Ermənistan əsgərləri tərəfindən girov götürülən Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyevin azadlığa buraxılmasını  tələb etdik. Bundan sonra biz Moskvaya gedəcək, oradakı Ermənistan səfirliyinin qarşısında etiraz aksiyası təşkil edəcək, daha sonra isə Avropa dövlətlərində, eyni zamanda  Strasburqda Avropa İnsan Haqları Məhkəməsinin qarşısında çadır qurub aclıq aksiyası keçirəcək və eyni tələbimizi səsləndirəcəyik. Bu aksiyanı yanvarın 15-nə planlaşdırmışıq”.

# 128
avatar

Oxşar yazılar

Ermənilər Daşkəsəni atəşə tutdu

Ermənilər Daşkəsəni atəşə tutdu

12 aprel 2024 , 18:54
Ermənilər Qarabağda niyə qalmadı?  - Paşinyan AÇIQLADI

Ermənilər Qarabağda niyə qalmadı? - Paşinyan AÇIQLADI

10 aprel 2024 , 13:18
Mehriban Əliyevadan Ramazan bayramı paylaşımı

Mehriban Əliyevadan Ramazan bayramı paylaşımı

10 aprel 2024 , 08:09
İlham Əliyevdən Ramazan bayramı paylaşımı

İlham Əliyevdən Ramazan bayramı paylaşımı

9 aprel 2024 , 21:05
Ermənilər Naxçıvanı  atəşə tutdu

Ermənilər Naxçıvanı atəşə tutdu

9 aprel 2024 , 18:37
Erməni tərəf Kəlbəcəri atəşə tutub

Erməni tərəf Kəlbəcəri atəşə tutub

9 aprel 2024 , 13:50
Erməni silahlıları Laçındakı mövqelərimiz atəşə tutub

Erməni silahlıları Laçındakı mövqelərimiz atəşə tutub

9 aprel 2024 , 09:08
Prezidentdən Ramazan təbriki

Prezidentdən Ramazan təbriki

8 aprel 2024 , 17:08