Komitə sədri: “Dini icmaların fəaliyyəti daha da gücləndirilməlidir”
05 sentyabr 2014 10:17 (UTC +04:00)

Komitə sədri: “Dini icmaların fəaliyyəti daha da gücləndirilməlidir”

 “Milli adət-ənənələrimizin, dinimizin yad ünsürlərdən qorunması istiqamətində fəaliyyət daha da gücləndirilməlidir”. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən Lent.az-a verilən məlumata görə, bunu Komitə sədri Mübariz Qurbanlı Sabunçu rayonunda dini icmaların nümayəndələri ilə görüşdə bildirib.

O qeyd edib ki, Azərbaycanda dövlət-din münasibətləri qanun vasitəsilə nizamlanır. “Konstitusiyamızda dini azadlıqla bağlı müddəalar heç də dünyanın ən inkişaf etmiş ölkələrindəkindən geri qalmır. Bizim milli-mənəvi dəyərlərimiz arasında İslam dini xüsusi əhəmiyyətə malikdir və bu mütərəqqi dinin düzgün təbliği prioritet məsələlərdəndir”.

M. Qurbanlı vurğulayıb ki, bu gün ölkəmizdə dinlərarası münasibətlər yüksək səviyyədədir. “Prezident İlham Əliyevin qayğısı ilə ölkədə yeni məscidlər tikilir, dini abidələrimiz bərpa olunur. Bu isə dövlətin dinə olan münasibətinin bariz nümunəsidir”.

Komitə sədri son vaxtlar dünyada qeyri-ənənəvi cərəyanların din adından istifadə etməklə öz ideologiyalarını yaymağa və siyasi məqsədləri üçün istifadə etməyə çalışmalarından söz açaraq bunun qarşısının alınması məqsədilə dini icmaların fəaliyyətinin daha da gücləndirilməsinin vacibliyinə toxunub.


DQİDK-nın sədri ölkədə dini təhsil məsələsinə toxunaraq bunun “Dini etiqad azadlığı haqqında” qanunla tənzimləndiyini qeyd edib: “Qanunda da vurğulandığı kimi, dini təhsil verən insanların mütləq ölkədə dini təhsil alması və səlahiyyət sahibləri olması vacibdir".
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 547

Oxşar yazılar