Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov vəzifəsindən azad edilib.
Lent.az-ın xəbərinə görə, prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Dövlət başçısının digər sərəncamı ilə Məmməd Cahangir oğlu Məmmədov Tovuz Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.