Bayraqları bayraq yapan...
08 noyabr 2016 19:38 (UTC +04:00)

Bayraqları bayraq yapan...

Anar İsgəndərli -  tarix elmləri doktoru, professor
 
Bügünkü “Manşet”də 9 noyabr – Dövlət Bayrağı Günü münasibətilə professor Anar İsgəndərli aparıcı İlham Tumasın suallarını cavablandırıb.
 
- 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası milli bayraq haqqında qərar verib. Nazirlər Şurasının sədri Fətəli Xan Xoyskinin imzaladığı həmin qərarda deyilir: "Milli bayraq kimi yaşıl, qırmızı, mavi rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət olan bayraq qəbul edilsin.
 
- Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilib. Bayrağın göy rəngi türkçülüyü, qırmızı müasirliyi, yaşıl rəng isə İslamı tərənnüm edir.
 
- Məhəmməd Əmin Rəsulzadə parlamentin yığıncağında demişdi: “Bizim qaldırdığımız bayrağın üç rəngi: türk milli mədəniyyətinin, müsəlman sivilizasiyasının və müasir Avropa demokratik əsaslarının simvoludur”.
 
- Üzeyir Hacıbəyov ya­zır­dı: "Azər­baycan Re­s­pub­li­ka­sı sağlam mil­li özül üzə­rin­də və türk düşüncə­si ilə ya­ra­dı­lıb... Ey­ni za­man­da, Azər­bay­can ye­ni cə­miyyət for­ma­laş­dır­ma­ğa, Av­ro­pa düşüncə­si ilə hə­rə­kət et­məyə ça­lı­şır­dı. Bay­rağı­mız­da­kı üç rə­ng bu ele­men­t­lə­ri özündə əks et­di­rir.
 
- Azərbaycanın dövlət rəmzləri, milli ordu, ilk ali məktəb və s. cəmi iki il mövcud olmuş Xalq Cümhuriyyətinin fəaliyyəti ilə bağlı idi. Hələ Gəncədə ikən dövlət quruculuğuna başlayan Azərbaycan hökuməti əvvəlcə Azərbaycan dilini dövlət dili elan edir. Bunun ardınca türk milli mədəniyyətini, müasir Avropa demokratiyasını və İslam sivilizasiyasını özündə təcəssüm edən üçrəngli dövlət bayrağı qəbul edildi.
 
1918-ci ildə  bugünkü Azərbaycan Xalq Cümhuriyyətinin tarixi təməli yarandı. Cümhuriyyətin tariximizdə ən böyük xidməti də elə budur. Onun yaradıcıları özlərini vətən yolunda fəda etdilər. Fətəli xan Xoyski öldürüldü, Əlimərdan bəy Topçubaşov, Məhəmməd Əmin Rəsulzadə, Ceyhun Hacıbəyli və başqaları tərki-vətən oldu. Lakin sonrakı tale qismətlərinə nə yazılmasından asılı olmayaraq Xalq Cümhuriyyətinin qurucuları tariximizə öz adlarını, əməllərini həkk etdilər və bu gün onların xatirəsi xalqımızın yaddaşında yaşayır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 535
avatar

APA TV

Oxşar yazılar