Azərbaycanın Müstəqillik günü Ankarada qeyd edilib - FOTO
18 oktyabr Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Azərbaycanın Türkiyədəki Səfirliyi tərəfindən Ankaradakı Şahmat İdman və Mədəniyyət Mərkəzində tədbir keçirilib.
APA-nın yerli bürosundan verilən xəbər görə, tədbirdə öncə Müstəqillik gününün yaranma tarixindən bəhs olunub.
Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim 18 oktyabr Müstəqillik gününün belə bir yerdə qeyd edilməsinin şahmatın intellekt rəmzi olması və Azərbaycanda da intellektual insanların çoxluq təşkil etməsilə əlaqələndirib.
Səfir Azərbaycan-Türkiyə qardaşlığının ildən-ilə daha da çox inkişaf etdiyini vurğulayıb.
Tədbirdə Azərbaycanın gənclər arasında dünya çempionu, beynəlxalq qrosmeystr Zaur Məmmədov elan edib ki, həmkarı azərbaycanlı şahmat ustası Teymur Rəcəbov ilk dəfə dünya kubokuna sahib olub. Bu qələbə tədbir iştirakçıları tərəfindən təntənəli alqışlarla qarşılanıb.
Xəzər İbrahim üzərində Qarabağ və Azərbaycan ismləri yazılan şahmatı Gökyay Vakıf Şahmat Muzeyinə hədiyyə edib və muzey rəhbərqliyinə bildirib ki, bu hədiyyəyə baxdıqca qosmeystr Teymur Rəcəbovun Azərbaycan şahmat tarixində bir ilkə imza atması ilə bu tədbirin eyni vaxta təsadüf etməsini xatırlayacaqlarına ümid edir.
Tədbirdə Azərbaycan Türkiyə parlamentlərarası Dostluq qrupun rəhbəri Şamil Ayrım çıxış edib. Deyib ki, bu iki dövlət arasındakı qardaşlıq əlaqələri sağlam təməllər üzərində qurulduğu üçün heç zaman sarsılmayacaq.
Tədbirin sonunda Azərbaycan dövlət sənətçisi Turan Manafzadə pianoda dünya musiqilərindən əsərlər, özünün "Sənsiz" və qardaşı Abuzər Manafzadənin "Xocalı" əsərlərini ifa edib.
Sonda Zaur Məmmədov türkiyəli gənclərlə şahmat oyunu nümayiş etdirib.
Oxşar yazılar

Xocalı soyqırımına rəhbərlik edənlərin adları açıqlandı -MƏHKƏMƏ
21 aprel 2025 , 20:47
Azərbaycan Prezidenti Çinin Sinxua agentliyinə müsahibə verdi
21 aprel 2025 , 20:43
Arkadi Qukasyanın ETİRAFLARI: "...yüzlərlə azərbaycanlı var idi"
21 aprel 2025 , 14:06
ABŞ-da görünməmiş HADİSƏ: üç keçmiş prezident Trampı sərt tənqid etdi
21 aprel 2025 , 10:50
Mehriban Əliyeva xristian icmasını təbrik etdi
20 aprel 2025 , 09:38
Ordumuzun mövqeləri atəşə tutuldu
19 aprel 2025 , 09:0444 günlük müharibə zamanı Rusiya Ermənistana 4 “Tor” sistemi göndərib - FAKT
18 aprel 2025 , 18:16