Azərbaycandan “Hürriyyət”ə danışan “gizli isim” kim?
29 sentyabr 2013 13:44 (UTC +04:00)

Azərbaycandan “Hürriyyət”ə danışan “gizli isim” kim?

“Azərbaycan üçün ən önəmli ölkə Türkiyədir. Nə Amerika, nə Rusiya, nə də İran. Türkiyənin xarici siyasətindəki problemlərdən ən çox təsirlənən ölkələrdən biri də biz oluruq”.

 

Lent.az-ın xəbərinə görə, bunu bu gün Türkiyənin “Hürriyyət” qəzetində Tolğa Tanış “Azərilər də rahatsız” adlı köşə yazısında qeyd edib. Müəllifin yazdığına görə, Azərbaycan rəsmilərindən biri ilə etdiyi söhbət zamanı Türkiyənin xarici siaysətinə dair maraqlı baxış ortaya çıxıb.

 

Yazıda qeyd olunub ki, Azərbaycan siyasiləri Türkiyənin Suriya siyasətindən narahatdır: “Çünki Türkiyənin bölgədə ağırlığını itirməsindən qorxuruq. Ankaranın diplomatiyada geriləməsi halında Azərbaycanla bağlı məsələlərdə başqa ölkələr daha təsirli olmağa başlayar. Türkiyə vəziyyəti düzəldənə qədər bizim buna nə qədər dayanacağımız da bir problemdir”.

 

Yazıda  Suriyada baş verənlərə Türkiyə üzərindən Azərbaycan vətəndaşlarının da qarışmasından bəhs edilib: “İndi orda xeyli azərbaycanlı da döyüşür.  Bunların hamısı Türkiyə üzərindən getdilər. Hətta bir az əvvəl onların liderlərindən biri də öldürüldü. Onlar orda çox radikallaşdılar, əllərinə silah alıb döyüşməyi öyrəndilər… Türkiyənin Yaxın Şərqdə bu qədər işin içinə girməsi nə qədər doğrudur? Biz Türkiyəni bir Avropa ölkəsi olaraq görürük. Bəlkə də Afrikaya getmək yaxşı fikirdir, amma ərəb coğrafiyası Türkiyə üçün çox çətindir. Baxın, Gülençilər ağıllıdılar. Heç ərəb ölkələrində məktəb açırlarmı? Bizdə də 12 məktəbləri var, 12-də dayandıq. Onlarla elə bir orta yol tapdıq. Çünki yanımızda İran, Səudiyyə Ərəbistanının da fəaliyyəti var. Din bir kəsim üçün mütləq həmişə olacaq. O zaman biz də beləsi olsun dedik”.

 

Yazıda Putinin Bakı səfərinə toxunulub: “Avqust ayında Putin Bakıya gəldi, prezident Əliyevlə tam 7 saat təkbətək görüşdülər. Bu, Rusiyanın Azərbaycana nə qədər önəm verdiyini göstərir. Və Suriyada yaşananlardan sonra da bölgədə hər kəs Amerikanın yanında Rusiyanın dostluğunun daha dəyərli olduğunu düşünməyə başladı. Amerika Gürcüstana dəstək verirdi, amma Rusiyanın hücumunu əngəlləyə bilmədi. Rusiya da Suriyanı dəstəkləyirdi, Amerikanın hücumunun qarşısını ala bildi. Bunların hamısı bizim üçün də mesajdı. Bu qarmaqarışıqda İran probleminin də çözüm ehtimalı artdı. Çünki İranın da artıq nüvə silahına ehtiyacı qalmadı. Amerika bölgədən çəkildi. Bölgədə İran hakimiyyəti artdı, İraq isə ABŞ-ın nüfuz dairəsinə daxil oldu. Daha İranla niyə uğraşsın? Bu vəziyyət düzəldiyində bölgədə Azərbaycanın önəmi daha da artacaq. Amma bizim güçlü Türkiyəyə onda daha çox ehtiyacımız olacaq. Ona görə də biz rəsmi Ankaranın bu mərhələni atladıb, toparlanmasını gözləyirik”.

 

Qeyd edək ki, müəlllif bu yazıdakı fikirlərin müəllifinin “rəsmi bakının çox önəmli isimlərindən” olduğunu qeyd edib. Lakin fikir və mülahizələr daha çox siyasi ekspert tezislərinə bənzəyir.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2275
avatar

Oxşar yazılar