Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan və Qətər arasında müxtəlif sahələrdə əməkdaşlığa dair 2016-cı il martın 8-də Bakı şəhərində imzalanmış saziş və memorandumların təsdiq edilməsi barədə bir sıra fərman imzalayıb. APA-nın xəbərinə görə, dövlət başçısı aşağıdakı saziş və memorandumları təsdiq edib:
Azərbaycan Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında təhsil, ali təhsil və elmi tədqiqat sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu.
Azərbaycan Dövlət Gömrük Komitəsi ilə Qətər Dövlətinin Baş Gömrük İdarəsi arasında kadrların peşəkar hazırlığı və ixtisasının artırılması sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu.
Azərbaycan Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu.
Azərbaycan Maliyyə Nazirliyi ilə Qətər Dövlətinin Maliyyə Nazirliyi arasında büdcə və maliyyə məsələləri üzrə əməkdaşlıq haqqında Anlaşma Memorandumu.
Azərbaycan Ədliyyə Nazirliyi ilə Qətər Dövlətinin Ədliyyə Nazirliyi arasında hüquq sahəsində əməkdaşlıq haqqında Saziş.
Azərbaycan Nəqliyyat Nazirliyi ilə Qətər Dövlətinin Nəqliyyat və Rabitə Nazirliyi arasında nəqliyyat sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu.
Azərbaycan Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın yaradılması haqqında Saziş.
Fərmana əsasən, müfaviq dövlət qurumlarına qeyd olunan sənədlərin müddəalarının həyata keçirilməsinin təmin edilməsinə dair tapşırıqlar verilib.
Xarici İşlər Nazirliyinə tapşırılıb ki, sənədlərin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Qətər Dövləti Hökumətinə bildiriş göndərsin.