Amerika diplomatiyasının üzü, yaxud Xəzərin qərb sahillərində “casus ehtirası”
30 avqust 2013 20:23 (UTC +04:00)

Amerika diplomatiyasının üzü, yaxud Xəzərin qərb sahillərində “casus ehtirası”

Denis Korboya, Uilyams Kortni, Riçard Kozlariç və Kinneta Yalovitsanın  müəllifliyi ilə “The New York Times” qəzetində dərc edilən “Cənubi Qafqaz üçün variantlar” məqaləsi obyektivlikdən tamamilə uzaqdır və açıq-aşkar sifariş xarakterlidir. Vaşinqton yaxınlığında yerləşən Bibliya qoruğunun divarında  həkk olunmuş “Həqiqəti öyrənin, həqiqət sizi azad edəcək” sözləri bu müqəddəs binaya baş çəkənlərin çoxunun gözünə dəyib. Kompleksin arxitekturası, dəhlizlərdəki mərmər bloklar, baxımlı qazon və xiyaban bütün ABŞ ərazisində yayılmış universitetin hansısa kampusunun atmosferini yaradır. Ancaq dekorasiyanın xəsisliyi və lakonikliyi insanı sərbəstləşməyə, həyəcan hissindən uzaqlaşmağa qoymur və daim müşahidə altında olduğu hissi yaradır. Söhbət Soyuq Müharibənin “övladı” olan, SSRİ-yə qarşı əsas dağıdıcı vasitə olmuş böyük maddi, maliyyə və kadr resurslarına, elmi-texniki baxımdan ən müasir silahlara malik  ABŞ Mərkəzi Kəşfiyyat İdarəsindən gedir. Ancaq SSRİ-nin dağılmasından sonra vəziyyət mürəkkəbləşdi, dünya geosiyasəti dəyişdi, resurs və fəaliyyət sferası da təsili dəyişdi. Bu gün bütün dünya  siyasi təqib şəbəkəsi ilə əhatə olunub, dünyanın istənilən yerində düşmənlər öldürülür, ABŞ planetin müxtəlif nöqtələrində eyni vaxtda bir neçə hərbi əməliyyat aparmaq üçün böyük vəsait xərcləyir. ABŞ-ın təsir sferası, yəni kəşfiyyat və diplomatik orqanları praktiki olaraq bütün dünyaya yayılıb, qlobal iqtisadi böhran şərtlərində ölkənin aparıcı rolunu möhkəmləndirir. Heç vaxt olmadığı halda məhz indi diqqəti real milli maraqları və həqiqi tərəfdaşlarla uzunmüddətli əməkdaşlığı təmin etməyə yönəltmək olar. Ancaq xarici siyasət fəaliyyətində bütün bu arxitektura dövrü olaraq  ABŞ xarici siyasətinin reallaşmasında fəaliyyət taktikasına cavabdeh olan ayrı-ayrı şəxslərin, “uğursuz casus”ların təxribat xarakterli təşəbbüsünün sınağına məruz qalır.

 

Tarixən xaricdəki diplomatik nümayəndəliklər ölkənin milli maraqlarının qorunmasına, xaricdəki vətəndaşların hüquqlarının qorunmasına, ölkələr arasında ikitərəfli əlaqələrin inkişafına xidmət etməlidir. Diplomatik nümayəndəliyə rəhbər təyin edilən şəxs dövlət başçısı tərəfindən əsas məqsədi müəyyənləşdirilən fundamental milli maraqlara və dəyə dəyərlərə xidmət etməlidir. Ancaq hər şey belə sadə deyil. Məsələn, ABŞ-ın Azərbaycandakı səfiri postunu götürək. Metyu Brayzanın səlahiyyət müddəti 2011-ci ilin sonlarında başa çatdı, həmin vaxt Senat prezident Barak Obamanın onu səfir təyin etməsini təsdiqləmədi. O zaman Amerika diplomatiyası daxili siyasətin qurbanı oldu. Erməni lobbisi  Metyu Brayzanın Azərbaycan və Türkiyə ilə sıx əlaqədə olduğunu bildirərək onun namizədliyinə qarşı çıxdı. Nəticədə türkfobiya əsas götürüldü. ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində təmsil etmiş, Vaşinqtonun Xəzər regionunda enerji siyasətini koordinasiya etmiş təcrübəli diplomat yalnız ona görə geri çağırıldı ki, ABŞ vətəndaşı olan həyat yoldaşı etnik türkdür. Bu, ilk və təəssüf ki, sonuncu belə fakt deyil. Məsələn, 1994-1997-ci illərdə ABŞ-ın Azərbaycanda səfiri olmuş Riçard Kozlariçin fəaliyyətini xatırlayaq. Qanındakı yüksək dərəcədə alkoqolu saxlaya bilməməsi səbəbindən bu diplomatın qəbulu tərk edib, qəbullarda yalnız səfirlik əməkdaşlarının yardımı ilə müvazinətini güclə saxladığı vaxtlar olub. “Sönmək”də olan “kişi forması” hamı kimi səfirliyə təyin olunmuş həkim üçün də xoş olmayıb. Avropa ölkələrində süngü ilə qarşılanan dini cərəyanların Azərbaycanda fəaliyyətini təşviq etməyə çalışması da onun yadından çıxmış deyil. Riçard Kozlariçin Azərbaycanda səfir olduğu dövrdə mümkün və qeyri-mümkün səviyyələrdə müxtəlif qeyri-ənənəvi dini cərəyanların maraqlarını nə üçün müdafiə etməsi bu günə qədər də məlum deyil. Bu, Azərbaycanda “beşinci kolon” yaratmaq idi, yoxsa diplomatın psixikasına təsirdən qaynaqlanan şəxsi problem idi? Tarix susur. Ancaq Riçard Kozlariç bir dəfə özünü saxlaya bilməyib, gənclər və idman naziri İntiqam Babayevin mənsubiyyəti və dini etiqadına aqressiv münasibətini ortaya qoyub. Riçard Kozlariç deyib ki, “siz sadəcə, bu adı daşımırsınız, məndən intiqam alırsınız”. Riçard Kozlariç bununla Gənclər və İdman Nazirliyinin Azərbaycan gəncliyinin gələcək ideologiyası ilə bağlı effektiv mübarizəsinə reaksiya verib.

 

Quliyev sayağı rok

 

Riçard Kozdariçin maraqlarını müdafiə etdiyi dini sektalardan birinin rəhbəri Silvio Matti adlı bir şəxs olub. “Həyatverici Lütf” təşkilatının rəhbəri olan Finlandiya vətəndaşı Silvio Matti hələ 1980-ci illərdə SSRİ-dən çıxarılıb. SSRİ-də islatatların qızğın vaxtında  və partiya rəhbərliyinin yeni ideologiya formalaşdırmağa çalışdığı, Qərblə münasibətlərin istiləşdirilməyə səy göstərildiyi bir dövrdə casusluq ittihamı ilə tez-tez rastlaşılmırdı... 1990-cı illərində ortalarında isə həmin Silvio Matti artıq həmin təşkilatın təmsilçisi qismində müstəqil Azərbaycana gəlir və Riçard Kozlariçin himayədarlığından istifadə edir. “Keçid dövrü yaşayan ölkədə insanları casusluğa sövq etmək asan olur” yanaşması mövcuddur. Bu iş “Neft baronu” kodu altında aparılır. Milli Məclisin sədri Rəsul Quliyev isə bu prosesdə “təşəbbüskar” rolunda çıxış edir. Həmin vaxtdan da Mərkəzi Kəşfiyyat İdarəsinin Yaxın Şərq, Cənubi Asiya və Afrika üzrə tədqiqat bölməsinin uşağına çevrilir. Sonradan, Rəsul Quliyev xaricə qaçandan sonra hər şey dəyişir. Rəsul Quliyevin öyrəşdiyi cah-cəlallı həyat arxada qalır. Nyu-Cersidə ev, “Rolls-roys”, ABŞ xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən ABŞ Vergi İdarəsi tərəfindən aparılan tədqiqatlardan qorunan çek kitabçası... Hər şey əvvəlkindən daha cah-cəlallı olur. ABŞ-ın isə hər dolları, hər telefon danışığını izlədiyi halda bizim “siyasi emiqrant” ABŞ-ın müxtəlif banklarındakı yeddi rəqəmli pullarla yaşayır. Qorxu yoxa çıxır, “dekabrist” ambisiyası, siyasi iddia peyda olur. Rəsul Quliyev Azərbaycanda siyasi olimpə qayıtmaq üçün mübarizəyə başlayır. Bunun üçün bütün resurslarından Silvio Matti ilə “unudulan” əlaqələrindən istifadə etməyə başlayır, lobbiçi təşkilatların ciblərini doldurur, onun siyasi cəfakeş obrazının formalaşdırılması işi başlayır. İndi Neft baronu siyasətçi kimi maksimum legitimləşmək üçün keçmiş kuratoru, ABŞ-ın Azərbaycandakı sabiq səfiri, Amerika universitetlərinin elmi mərkəzinin əməkdaşı Riçard Kozdariç gündəmə gəlir. İllər arxada qalır, Rəsul Quliyev aktuallığını itirir. Rəsul Quliyev Rusiyanın ABŞ-dakı səfiri Sergey İvanoviç Kislyaka məktub yazır. Məktubunda iddia edir ki, “İlham Əliyev hakimiyyəti Rusyia-Azərbaycan əlaqələrinə ciddi ziyan vurur, böyük dövlətin geopolitik maraqlarını şübhə altında qoyur”. Söz verir ki, Rusiyanın Azərbaycanda və bütün Qafqazda maraqlarını təmin edəcək. Rusiya xarici işlər naziri Sergey Lavrovun etibarlı adamı olan Sergey İvanoviç Kislyak bu məktubu Sergey Lavrova göndərir, məktubla bağlı Rəsul Quliyevlə görüşür. Rəsul Quliyevlə Sergey İvanoviç Kislyakın danışıqlarının detalları məlum deyil. Ancaq məlum olan odur ki, amerikalılar bu görüşdən çox narazıdır. Qəfil də ABŞ vergi sistemi Rəsul Quliyevin ABŞ və Avropa banklarındakı hesablarına diqqət yetirir, gəlir mənbələrini və mümkün maxinasiyaları yoxlayır. Casus üzərində nəzarəti itirdiklərinə görə Silvio Matti və keçmiş patronu Riçard Kozlariç də yaddan çıxmır.

 

 

Lənətlənmiş yer

 

Bəzi Amerika nəşrlərində təqaüdçü diplomat Riçard Kozlariçin nəsihətamiz yazılarına gəlincə, demək olar ki, bütün bunlar alkoqol və dini etiqadı arasında kompromis olan sifilisli bacarıqsız diplomatın əsassız tənqidləridir. Yəqin ki, bu pressedent  və lənət demək olar ki, Riçard Kozlariçin postunu tutan hər kəsə təsir göstərib. Bu sırada ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2003-2006) olmuş, 2005-ci ildə Azərbaycanda “narıncı inqilab” yaratmaq istəyən Rino Xarniş də var. Keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyev də həddən artıq ambisiyalı olması səbəbindən bu oyuna düşərək fiaskoya uğrayıb. Fərhad Əliyev 2005-ci ildə dövlət çevrilişinə cəhddə günahlandırılaraq həbs olunub, 10 il azadlıqdan məhrum edilib. Fərhad Əliyevə isə çox səxavətli olub. Mayami sahillərində ev Fərhad Əliyevin hədiyyəsidir. Rino Harniş isə Corc Buşun seçki kampaniyasına böyük həcmdə pul sərf etsə də, bu “mükfat”ı müqabilində 28 aprel 2006-cı ildə Ağ Evdə Corc Buşla İlham Əliyev arasında keçirilən görüşə belə dəvət edilməyib. Görünür ki, ABŞ diplomatiyası bununla bacarıqsız səfirinin sayəsində gərginləşən Azərbaycan-ABŞ münasibətlərindəki gərginliyi yumşaltmağa cəhd göstərib.

 

Bu lənət 2006-2009-cu illərdə ABŞ-ın Azərbaycanda səfiri olmuş Enn Dersidən də yan keçməyib. Enn Dersi Prezident Administrasiyasındakı görüşlərdən birində təkid edib ki, 2008-ci ildə Azərbaycanda seçkilərin monitorinqi ilə bağlı 3 milyonluq qrant bir mərkəzə verilsin. Azərbaycan tərəfinin bu qrantı bir neçə təşkilat arasında bölmək təklifini isə Enn Dersi rədd edib. Bunun əsl səbəbini həmin mərkəzin direktoru pul ona çatan zaman “hiss edib”, imza atdığından az pul alıb...

 

O da maraqlıdır ki, Rino Harniş və Fərhad Əliyev arasında əməkdaşlıq bu gün də davam edir. Məsələn, sızan məlumatlara görə, keçmiş nazirin etibarlı adamı Aliyə Əliyeva Rino Harnişlə əlaqəli olan şirkətlərdən birinin Amerika banklarındakı hesabına 2011-ci ildə 80 min, 2012-ci ildə 320 min, 2013-cü ilin birinci rübündə 40 min dollar köçürüb. Həmin pullar isə sonradan dövrü olaraq anti-Azərbaycan ritorikası ilə diqqət çəkən Rino Harnişin hesabına köçürülüb.

 

Əgər keçmiş amerikalı səfirlərin yazdıqları kimi hər şey həqiqətən pisdirsə, onlar tənqidlərində haqlıdırlarsa, sual yaranır: Nə üçün kiçik istisna ilə Azərbaycanda səlahiyyət müddətləri başa çatdıqdan sonra bu səfirlər diplomat kimi işlərində qalmayıblar? Əgər hər şey həqiqətən pisdirsə, niyə ABŞ səfirlərindən biri Azərbaycanı daimi yaşayış yeri kimi seçib?!  Niyə Azərbaycanla əlaqəli şirkətlərdən birində çalışır, ABŞ xarici siyasət idarəsində karyerasını davam etdirir? Məsələn? Azərbaycan sakinlərinin çox az qismi Bakının mağaza və restoranlarında ABŞ-ın 1997-2000-ci illərdə Azərbaycanda səfiri olmuş Stenli Eskuderonu görməyib. Stenli Eskudero diplomatik missiyasını başa çatdırdıqdan bir neçə ay sonra bu dəfə xarici neft şirkətlərindən birinin məsləhətçisi  qismində yenidən Bakıya qayıdıb.  Stenli Eskudero ABŞ-ın sabiq səfirləri arasında yeganə istisnadır. Çoxları Stenli Eskuderonun oğlunun idarə etdiyi avtomobilin Bakıda sərnişin avtobusuna çırpılmasını, digər hadisələri də eşidib. Ancaq Azərbaycan xalqı tolerant davranıb,hətta öz maraqlarına zidd olsa da.

Ancaq istənilən dözümün də sonu var.

 

Casus ehtirası

 

 

ABŞ xüsusi xidmət orqanlarının və Dövlət Departamentinin təşkil etdikləri “casus romanları” bacarıqsızlıq nümunəsi kimi diqqət çəkir. Məsələn, 2005-ci ildə amerikalılar üçün könüllü təşəbbüskar qismində REAL Hərəkatının təsisçisi İlqar Məmmədov çıxış etməyə başlayıb. O, 2005-ci ildə bir çox yüksək vəzifəli məmurlardan xahişlər etsə də, Milli Məclisə seçilə bilməyib. Bundan sonra İlqar Məmmədov ABŞ üçün xidmətlərini təklif edib. İlqar Məmmədovla bu işi aparan Donald Lu adlı zabitdir. O, sonradan ABŞ-ın Azərbaycanda müvəqqəti işlər postunu tutub. Donald Lu müəyyən dairələrdə “Madam Don” kimi məşhurdur.  O, Qərbi Afrikada, Serra-Leonedə dağıdıcı münaqişə zamanı könüllü kimi pis əylənməyib. Donald Lu Vikiliksin xəbər mənbəyi kimi də məşhurlaşıb. Azərbaycana qayıtsaq, İlqar Məmmədov ABŞ səfirliyinə işə qəbul edilir, bir müddət sonra səfirliyin başqa bir əməkdaşı –Dadah Alışovla birlikdə deputatlığa namizədliyini irəli sürür. İlqar Məmmədov deputat olmasa da, bir sıra amerikalı məmurlarla əlaqə qurmağı bacarır. Bir müddət sonra da bir sıra Qərb dairələrinin maliyyə dəstəyi ilə REAL Hərəkatını yaradır. Xaricdəki məlumat mənbələrinə əsasən, bu Hərəkatın üzvləri 2013-cü ildə İsmayıllıdakı hadisələrdə aktiv iştirak edib. Bu hadisələrin “Xəzər payızı planı”na daxil olduğu ehtimal edilir. Bu plana görə, Azərbaycanda oktyabr ayında başlayan iğtişaşlar Xəzərin digər sahilinə – Orat Asiya ölkələrinə keçməlidir. Suriyada situasiyanın pisləşməsi fonunda  Yaxın Şərqdən Orta Asiyaya qədər döyüş meydanı yaranmalı, alov yayılmalıdır. Yəqin ki, əsas məqsəd Rusiya, Çin və Hindistan kimi əsas rəqiblərin sərhədləri yaxınlığında gərginlik ocaqları yaratmaqdır. Aydındır ki, uğursuz taktika yürüdənlərin bu ideyası ABŞ və ABŞ-ın Avropadakı müttəfiqləri üçün yaxşı heç nə vəd etmir. Tək regional deyil, qlobal siyasi və enerji təhlükəsizliyi arxitekturası da təhlükə altına düşür...

 

Siyasi qısqanclıq

 

ABŞ-ın dörd sabiq diplomatının “The New York Times” qəzetində dərc edilən “Cənubi Qafqaz üçün variantlar” məqaləsinə qayıdaq.  Denis Korboe Avropa Komissiyasının səfiri kimi Ermənistan və Gürcüstanda xidmət edib, Uilyam  Kortni ABŞ-ın Qazaxıstan və Gürcüstanda səfiri olub, Kennet Yalovtse ABŞ-ın Belarus və Gürcüstandakı sabiq səfiridir, Riçard Kozlariç ABŞ-ın Azərbaycan, Bosniya və Hersoqovinada səfiri olub. Bu dörd istefadakı diplomat bir-birlərinə “ayı xidməti” göstəriblər. Bundan sonra regionda çalışan heç bir təşkilat onları ciddi qəbul etməyəcək. Üç keçmiş diplomat dördüncü keçmiş diplomat – Rçard Kozlariçin “hesabı”na özlərinin az-çox nüfuzlarını qurban veriblər. “The New York Times” səhifələrində təsadüfi yazı dərc olunmur. Söhbət həm də Rusiyaya qarşı siyasi qısqanclıqdan gedir Bakı və Moskva arasında dava-dalaş yoxdur. Ancaq bu halda emosional narahatlığa da əsas yoxdur. Azərbaycan həmişə çoxvektorlu siyasət həyata keçirir, bunun əsasında dostluq münasibətlərinə əsaslanan qonşuluq və bütün ölkələrlə əməkdaşlığın inkişaf etdirilməsi durur, hər hansı hərbi-siyasi bloka və birliyə birləşmək durmur. Mümkündür ki, bəzi Amerika strateqləri Rusiya prezidenti Vladimir Putinin Bakıya az əvvəl səfərindən həyəcanlanıb. Çünki Rusiyanın Rüstəm İbrahimbəyovun başçılıq etdiyi Milli Şuraya Kremlin dəstək verməsi barədə söhbətlər aradan qalxıb. Rüstəm İbarhimbəyovun arxasında məhz Kremlin durması qənaəti Bakı və Moskva arasında qarşısıalınmaz qarşıdurmanın mövcudluğu təəssüratı yaradırdı. Ancaq Vladimir Putinin birmənalı mövqeyi ortaya qoydu ki, bu, hətta Rusiyada hansısa qüvvələrin layihəsidirsə də, Moskvaya Bakı üçün belə təsir rıçağı lazım deyil. Ölkələrimiz arasında fikir ayrılığı yoxdur, gündəlikdə içə əməkdaşlığı bütün sferalarda dərinləşdirmək var. Rüstəm İbrahimbəyov və bu layihənin müəllifləri isə tarixdə qalacaq. Amerikalı antaqonistlərin Rusiya ilə bağlı ssenarilərinə gəlincə, Rusiya ilə yeni müstəqillik qazanmış ölkələr arasındakı istənilən yaxınlaşmaya dözümsüz yanaşmaq qəbuledilməzdir. Dövlət Departamenti keçmişdə olduğu kimi zaman-zaman bəzi “taktik”lərinə belə hərəkətlərə yol verməsinə mane olmur.  Ancaq dözümün də sonu var. Dörd diplomatın ABŞ-ın nüfuzlu qəzetində dərc edilən qeyri-obyektiv məqaləsi də son damla ola bilər. Məqalədə Azərbaycanla bağlı vəziyyət təhrif olunub. Azərbaycan iqtisadiyyatının dünya miqyasında sürətli inkişafı, əhalinin həyat səviyyəsinin dinamik yüksəlməsi, işsizliklə effektiv mübarizə, inkişaf və demokratik dövlət yolunda aparılan çoxsaylı islahatlardan söz açılmayıb. Müəlliflər  regionun gələcək inkişafı, Cənubi Qafqazda inteqrasiya yolunda əngəl olan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində irəliləyişin olmamasının əsl səbəbini qeyd etmir. Regional əməkdaşlığa mane olan Ermənistanın aqressiv siyasəti qeyd edilmir. Oxuculara Azərbaycanla bağlı qeyri-obyektiv informasiya təqdim olunur. Müəlliflər Azərbaycanın beynəlxalq terrorizmə qarış mübarizədə dünya ictimaiyyətinə, ABŞ-a verdiyi dəstəyi, Əfqanıstana etibarlı nəqliyyat dəhlizi olmasını unudurlar. Azərbaycanın güclü qonşuları ilə ciddi qarşıdurmalar hesabına Avropanın enerji təhlükəsizliyində oynadığı rol barədə heç nə yazılmır. ABŞ-da Azərbaycanla bağlı təhqiredici, ölkəmizi işğalçı ilə  eyniləşdirən 907-ci düzəlişdən,  tanınmamış “Dağlıq Qarabağ”a və işğalçı Ermənistana  hər il maddi dəstək verilməsindən də söz açılmır. Bu, ilk növbədə ABŞ-ın Azərbaycanla uzunmüddətli əməkdaşlığına zərbə vura bilər. Azərbaycan əməkdaşlığa hazırdır, ancaq bu, bərabərhüquqluluq və milli maraqlara uyğun ola bilər. Əks halda ölkəmiz öz mövqeyini istənilən təzyiq qarşısında ortaya qoymağa hazırdır.

 

Təəssüf ki, belə təzyiqlər tez-tez müəyyən Qərb dövlətlərinin səfirlikləri tərəfindən Azərbaycanda dövlət müəssisələri ilə bağlı tenderlərə qatılan xarici şirkətlərin müəyyən maraqları ilə bağlı sərgilənir.  Zaman dəyişir, bununla bərabər təsir kanalları da dəyişir. ABŞ, dünyanın çoxmillətli birinci ölkəsi tədricən effektiv təsirini itirir. Bu gün XXI əsrə uyğun  ABŞ diplomatiyasına yeni impuls lazımdır.  ABŞ-da müəyyən dairələrə bunu izah etmək lazımdır. Praqmatizmə əsaslanan effektiv əməkdaşlıq, münasibət, iqtisadi inkişaf, stabillik,  kimi ümumi dəyərləri bölüşmək lazımdır. Regional və qlobal miqyasda təhlükəsizliyin möhkəmləndirilməsi və inkişaf əsas götürülməlidir. Diplomatiyanın gələcəyi də bununla bağlıdır.

Xarici siyasətdə taktiki addımları müəyyənləşdirən bəzi “vaşinqtonlu kişilər” tərəfindən bunun Amerkia-Azərbaycan əməkdaşlığı ilə bağlı ABŞ-ın dövlət başçısı tərəfindən müəyyənləşdirilmiş strateji əməkdaşlıq xəttinə uyğun olub-olmadığını tez-tez yoxlamaları məsləhətdir. Heç kimə Bakıda anti-Amerika əhval-ruhiyyəsinin yüksəlməsi lazım deyil. Qeyri-obyektiv məqalə dərc etməzdən, Cənubi Qafqaz kimi strateji regionda hər hansı addımı atmazdan əvvəl on dəfə bunun nəticələri, strateji əməkdaşlığa təsiri barədə düşünmək lazımdır...

 

1news.az
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1009
avatar

Oxşar yazılar