Ukrayna futbolçuları İsveçlə oyundan əvvəl qarət olundular
28 mart 2026 14:34 (UTC +04:00)

Ukrayna futbolçuları İsveçlə oyundan əvvəl qarət olundular

0

Ukrayna futbol millisinin üzvləri 2026-cı il dünya çempionatına vəsiqə uğrunda İsveçə qarşı pley-off oyunundan (1:3) əvvəl qarət olunublar.

Lent.az xəbər verir ki, bu barədə “The Sun” məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, naməlum şəxslər Ukrayna komandasının Benidorm şəhərində yerləşən oteldəki otaqlarına daxil olublar. Futbolçular həmin şəhərdə Valensiyaya yola düşməzdən əvvəl hazırlıq keçirmişlər. Bildirilir ki, zərərçəkmiş oyunçuların bahalı saatları və nağd pulları oğurlanıb.

Pley-off turnirinin finalında İsveç millisi Polşa ilə qarşılaşacaq. Polşa yarımfinalda Albaniyanı 2:1 hesabı ilə məğlub edib. Həlledici oyun martın 31-də keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 222

Oxşar yazılar