Milyarder   idmançı saxlanıldı
28 mart 2026 17:52 (UTC +04:00)

Milyarder idmançı saxlanıldı

0

Polis amerikalı qolfçu Tayger Vudsu sərxoş halda avtomobil idarə etmək şübhəsi ilə saxlayıb.

Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, dünyanın ən varlı idmançılarından biri Floridada yol-nəqliyyat hadisəsinə düşüb. Onun idarə etdiyi “Range Rover” yük maşını ilə toqquşaraq aşıb.

Hadisə yerinə gələn polis əməkdaşları Vudsun sərxoşluq əlamətləri göstərdiyini müşahidə ediblər. Alkoqol testi onun orqanizmində etanol olmadığını göstərsə də, qolfçu narkotik testi üçün sidik verməkdən imtina edib. Nəticədə o, maddi ziyanla nəticələnən sərxoş vəziyyətdə avtomobil idarə etmək və qanuni testdən imtina etməkdə ittiham olunub.

Qeyd edək ki, 2017-ci ilin may ayında Tayger Vuds narkotik preparatlara görə də polis tərəfindən saxlanılıb. Daha sonra reabilitasiya müalicəsi keçərək öz reabilitasiya mərkəzini açıb.

2025-ci ilə olan məlumata görə, Tayger Vudsun sərvəti 2,79 milyard dollar təşkil edir və bu gəlirin böyük hissəsi reklam müqavilələrindən əldə olunub.

ABŞ Prezidenti Donald Tramp isə onun saxlanılmasına reaksiya verərək bildirib ki, idmançının “bəzi problemləri” yaranıb. 

“Qəza baş verib və mənim bildiyim yalnız budur. O, mənim çox yaxın dostumdur, möhtəşəm insandır”, — deyə Tramp qeyd edib.

Tayger Vuds

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 256

Oxşar yazılar