Lənkəranda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Lənkəran-Lerik magistralında, Lənkəran rayonunun Şağlaküçə kəndi ərazisində qeydə alınıb.
"Toyota Prius" və "Opel" markalı nəqliyyat vasitələri toqquşub. Qəza nəticəsində 5 nəfər - Lənkəran rayonunun Xarxatan kənd sakinləri 29 yaşlı Mirşamil Namiq oğlu Hüseynzadə, 29 yaşlı Mirabidin Asəf oğlu Məmmədzadə, Şovu kənd sakinləri 21 yaşlı Aydan Eldar qızı Alxaslı, 22 yaşlı Elgin Cavad oğlu Məmmədli və Rvo kənd sakini 21 yaşlı Fərid Mübariz oğlu Ələsgərli müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar. Yaralılara zəruri ilkin tibbi xidmətlər göstərilib.
Faktla bağlı araşdırma aparılır.